Azərbaycan iqtisadiyyatını 2026-cı ilə kimi nə gözləyir? – Yeni inkişaf strategiyasının ŞƏRHİ 

Hazırda oxunan: Azərbaycan iqtisadiyyatını 2026-cı ilə kimi nə gözləyir? – Yeni inkişaf strategiyasının ŞƏRHİ 

85025

“Azərbaycan Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının 2022─2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nı təsdiq edib. 5 əsas istiqaməti özündə ehtiva edən Milli Prioritetlər Azərbaycanda müasir çağırışlara və beynəlxalq standartlara uyğun olaraq iqtisadi inkişafın davam etdirilməsi, eyni zamanda yeni innovativ iqtisadiyyatın daha da genişləndirilməsini nəzərdə tutur”. 

Bizim.Media xəbər verir ki, bu fikirlər millət vəkili Vüqar Bayramova məxsusdur.

Deputat qeyd edib ki, milli prioritetlərdə diqqət çəkən əsas məqamlardan biri iqtisadi inkişafda inkluzivliyin, eyni zamanda innovativ iqtisadi inkişafın daha da genişləndirilməsinə nail olmaqdan ibarətdir: 

İnkluzivlik həm formalaşan və istifadə olunan dəyərdən cəmiyyətin daha yaxından istifadə etməsi, eyni zamanda dəyərin bir hissəsinin gələcək nəsillərə saxlanmasını nəzərdə tutur. Eləcə də insan kapitalının inkişafı hesabına innovativ iqtisadiyyatın payının artırılması əsas hədəflərdən biridir. 

Strategiyanın təsdiqi Azərbaycanda 2022─2026-cı illərdə yeni sosial-iqtisadi inkişaf modelin tətbiq oluncağı anlamına gəlir. Ölkəmiz növbəti 8 ildə yeni iqtisadi modelə uyğun olaraq inkişaf edəcək. Bu sosial-iqtisadi inkişaf modelinin iki mərhələdə həyata keçirilməsi nəzərdə tutulur.

Birinci mərhələdə 2022‒2026-cı illər əhatə edəcək.  2027‒2030-cu illəri əhatə edəcək ikinci mərhələdə iqtisadiyyatın innovativləşdirilməsi əsas hədəflərdəndir.  

Sənədə əsasən, növbəti 4 ildə ölkə iqtisadiyyatı hər il orta hesabla 3‒4%, qeyri-neft/qaz ÜDM-i isə illik orta hesabla 5% artması və özəl sektorun iqtisadiyyatda payı 88%-ə çatdırılması hədəflənir”. 

Millət vəkili sahibkarlığın inkişafına yönəldilən maliyyə dəstəyinin əsasən mikro və kiçik sahibkarlara verilməsi nəzərdə tutulduğunu da vurğulayıb: 

“Belə ki, sənədə əsasən, sahibkarlara dəstək üzrə sərf olunan maliyyə vəsaitinin 20‒30%-nin mikro, 35‒45%-nin kiçik və 25‒35%-nin orta sahibkarlara yönəldilməsi hədəflənir. Eyni zamanda rəqabət qabiliyyətinin genişləndirilməsi və sahibkarların dəstəklənməsi, sahibkarlar üçün yeni tətbiq mexanizmlərindən istifadə olunması da hədəflər siyahısındadır.

Bu bir tərəfdən daxili bazarda rəqabətin gücləndirilməsinə, yerli istehsalın genişləndirilməsinə, digər tərəfdən Azərbaycanın qeyri-neft ixracatının artmasına gətirib çıxaracaq. Milli iqtisadiyyatın genişləndirilməsi və dayanıqlı iqtisadi inkişafın qorunub saxlanması baxımından vacib hesab olunur. Belə ki, Qeyri-neft ixracatının həcminin 2026-cı ildə 4 milyard 860 milyon dollara çatıdırlması hədəflənir”.

Vüqar Bayramov əlavə edib ki, sənəddə ərzaq təhlükəsizliyi baxımdan prioritet olan kənd təsərrüfatında orta illik artımın 4 faiz olacağı proqnozlaşdırılır:

“Sənədə əsasən, nəqliyyat sektorunda orta illik artım tempi 5%-i üstələyəcək. Ölkənin tranzit yükdaşımalardan əldə etdiyi gəlir 2019-cu ildəki 227 mln manatdan 2 dəfəyədək artaraq, 2026-cı ildə 450 mln manata çatacağı hədəflənir. İnformasiya və rabitə sektorunda hər il orta hesabla 10%-dən çox, tikinti sektorunda isə təxminən 3% artım olacağı gözlənilir. 2026-cı ildə turistlərin yerləşdirilməsi və ictimai iaşə sektorunda yaradılacaq əlavə dəyər 2019-cu illə müqayisədə 1,5 dəfə artacağı proqnozlaşdırılır. 

Sənəddə fəaliyyətlər ayrıcaq “matrix” formasında qruplaşdırılıb və bu da hədəflərə necə nail olunmasını illik olaraq izləməyə imkan verərək. Bütövlükdə yeni prioritetlər islahatların növbəti on ildə də davam etdiriləcəyindən xəbər verir”. 

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin