Tarifləri tənzimlənən mal və xidmətlərlə bağlı YENİLİK

Hazırda oxunan: Tarifləri tənzimlənən mal və xidmətlərlə bağlı YENİLİK

85005

Tarif (qiymət) Şurası tərəfindən sosial əhəmiyyət kəsb edən mal və xidmətlərin tariflərinin tənzimlənməsi, digər mal və xidmətlərin siyahısına yenidən baxılması nəzərdə tutulur.

Bizim.Media xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin təsdiqlədiyi “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda əksini tapıb.

Strategiyada müvafiq mal və xidmətlərin siyahısının hazırlanması və tətbiqi nəzərdə tutulur.

Dövrün sonuna tarifləri tənzimlənən mal və xidmətlərin sayının 15-dək azalması planlaşdırılır. Strategiyada həmçinin qiymətlərinin (tariflərinin) dövlət tərəfindən tənzimlənməsi zəruri olan hüquqi hərəkət və xidmətlər üzrə tariflərin, hüquqi nəticələrindən asılı olaraq, dövlət rusumu və ya xidmət haqları ilə əvəzlənməsi nəzərdə tutulur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin