İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Müşahidə Şurasının yeni tərkibi təsdiqləndi

Hazırda oxunan: İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Müşahidə Şurasının yeni tərkibi təsdiqləndi

84890

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Müşahidə Şurasının üzvlərinin sayı artırılıb.

Bizim.Media xəbər verir ki, bu barədə Prezident İlham Əliyev müvafiq fərman imzalayıb. 

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Müşahidə Şurasının üzvlərinin sayı 3 nəfərdən 10 nəfərə çatdırılıb. 

Eyni zamanda dövlət başçısının sərəncamı ilə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Müşahidə Şurasının aşağıdakı tərkibi təsdiq edilib: 

Müşahidə Şurasının sədri 

Azərbaycan Respublikasının Baş naziri 

Müşahidə Şurasının üzvləri 

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri 

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri 

Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi 

Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi 

Azərbaycan Respublikasının iqtisadiyyat naziri 

Azərbaycan Respublikasının maliyyə naziri 

Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri 

Azərbaycan Respublikası Mərkəzi Bankının sədri 

Azərbaycan Respublikası Dövlət Neft Fondunun İcraçı direktoru.”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin