Hesablama Palatasının by ilin İş planı üzrə başa çatdırılmış kənar dövlət maliyyə nəzarəti tədbirlərinin nəticələri əsasında qəbul edilmiş Kollegiya qərarlarına əsasən pul, əvəzləşmə və natura ifadəsində cəmi 16,4 milyon manat məbləğində vəsaitin bərpası, 6,5 milyon manat məbləğində müvafiq obyektin investor smeta dəyərinin azaldılması, 6,9 milyon manat məbləğində debitor borcun bağlanılması ilə bağlı tədbirlər müəyyən edilib.
Bizim.Media bu barədə qurumun yarım illik hesabatına istinadən xəbər verir.
Məlumata görə, bununla yanaşı, 2021-ci ilin dövlət büdcəsindən ayrılmış əsaslı xərclərin maliyyə hesabatlarında əks etdirilməsi vəziyyətinin qiymətləndirilməsi üçün analitik prosedurlar tətbiq edilməklə müvafiq araşdırmaya başlanılması qərara alınıb.
Yol verilmiş pozuntuların aradan qaldırılması, eyni zamanda fəaliyyətin müxtəlif istiqamətlər üzrə gücləndirilməsi məqsədilə Hesablama Palatasının Kollegiya Qərarlarında 52 (maliyyə və prosedur xarakterli olmaqla) tövsiyə əks etdirilib.
Hesabat dövründə qanunvericilikdə qeyd edilmiş müddətlər nəzərə alınmaqla Kollegiya Qərarları üzrə müəyyən edilmiş məbləğin 80,4%-nin bərpası təmin edilib.
Hesabat dövründə də əvvəlki illərdə başa çatdırılmış nəzarət tədbirlərinin nəticələri üzrə qurumların atdığı addımların icrasının izlənilməsi (follow-up) diqqətdə saxlanılıb.
Əvvəlki illərin nəzarət tədbirləri üzrə 2022-ci ilin ilk 6 ayında pul, natura və əvəzləşdirmə formasında 2,7 milyon manat vəsaitin bərpası təmin edilib.
Bundan əlavə, 943 min manat məbləğində debitor borc bağlanılıb və yaxud ləğv edilib. Maliyyə hesabatlarında və uçotunda aşkar edilmiş təhriflərlə bağlı aidiyyəti düzəlişlər edilməklə 681,7 milyon manat hesabatlarda əks etdirilib vergi bəyannamələrində dəqiqləşmələr aparılıb.
İntizam tənbeh tədbirləri tətbiq edilib, eləcə də strukturun optimallaşdırılması ilə bağlı tədbirlər keçirilib.
Bizim.Media