2020-ci ilin əvvəllərində pandemiya səbəbindən dünya iqtisadiyyatı ciddi sınaqla üz-üzə qaldı. Nəticədə əksər ölkələrdə ötən 2 ildə ÜDM-də artım belə qeydə alınmadı. Bu azmış kimi bu ilin fevralında başlayan Rusiya-Ukrayna müharibəsi dünya iqtisadiyyatında dizbalansa səbəb oldu. Çox qəribədir ki, bu münaqişə Yaponiyadan tutmuş Kanadaya qədər əksər dövlətlərin iqtisadi həyatında şok effektlər yaratdı.
ABŞ son 40 ilin həyəcanını yaşayır
Məsələn, son 4 ayda ABŞ-da bir qallon qazın və benzinin qiyməti 5 dolları keçib. Bu Amerikanın son 40 illik tarixində üzləşdiyi ən qorxulu qiymət artımıdır. Bəllidir ki, enerji daşıyıcılarının qalxması bütövlükdə iqtisadiyyatı tormozlayır. İfilyasiyanın itkilərini sığortalmaq üçün FED birdən-birə uçot dərəcəsini 0.25 dərəcə artırdı. Bu isə son 25 ildə baş verən nadir hadisə
Avropa İttifaqı ayaqda qala bilmir
İnflyasiya sürətlə yüksələrək Avropada və ABŞ-da onilliklər ərzində görünməmiş səviyyəyə - 7-9%-ə çatıb. Avropalı investorlar avro və ingilis funt sterlinqinin dollara nisbətdə ucuzlaşmasına görə öz əmanətlərini və investisiyalarını Avropadan ABŞ-a köçürürlər. Avrozona üzvləri ABŞ-ın maliyyələşdirdiyi sanksiyaların yaratdığı inflyasiya depressiyasının öhdəsindən gəlmək üçün daxili büdcə kəsirlərini artıq idarə edə bilmirlər. Buna görə də Avropa dağılmağa məhkumdur.
Ən maraqlısı odur ki, avro son 25 ildə ən ağır dövrünü yaşayır. Hazırda 1 avro 1 ABŞ dollarına bərabərdir. Bu isə Aİ-nin sonunun heç də uzaqda olmadığını göstərir. Avronun məzənnədən düşməsi əksər Avropa dövlətlərini çətin duruma qoyub. Artıq Sloveniya, Macarstan, Şimali Makedoniya və digər ölkələr büdcə öhdəliklərini icra edə bilmir.
Almaniyada xalq ayağa qalxır
ÜDM-nin həcminə görə dünyada ilk beşlikdə yer alan Almaniya sosial öhdəliklərə yenidən baxır. Almaniyada istehlakçılar yaşayışın bahalaşmasından qəzəblənirlər.Ölkədə 2022-ci ilin mart ayında qeydə alınan inflyasiya səviyyəsi sonuncu dəfə 1981-ci ildə Almaniyada müşahidə olunub.
Kiel Universitetinin yaydığı məlumatda görə Almaniyanın itkiləri Aİ dövlətlərinə infilyasiyanın vurduğu bütün zərərin 40%-ni təşkil edir. Ölkə Ukrayna münaqişəsinə görə hər ay 618 milyon avro (ildə 7,4 milyard avro) itirir. İtaliyanın gündəlik itkisi isə 7 milyon avro, yəni ildə 2,5 milyard avro təşkil edir.
Bütövlükdə Avropa İttifaqında ekspertlər qiymətlərin ilin sonunadək 8,3 faiz artacağını proqnozlaşdırırlar. Ən pisi isə odur ki,infilyasiya 2023-cü ildə də davam edəcək.
Böyük Britaniyada infilyasiya 2 rəqimlə ifadə olunacaqmı?
Böyük Britaniya isə bu ilin ilk yarısında son 4 aydakı infilyasiya 9 faizə yaxınlaşıb. İngilis mütəxəssislərinin hesablamalarına görə 2023-cü ildə Böyük Britaniyada ÜDM-də heç bir artım olmayacaq. Göründüyü kimi dünyanı, xüsusilə də Avropanı infilyasiya öz ağuşuna alıb. İnkişaf etmiş əksər dövlətlərin 2022 –ci il üçün əsas hədəfi ÜDM-də minumum səviyyədə də olsa artıma nail olmaqdır. Buna nail ola biləcəklərmi? Bunu zaman göstərəcək...
Surxay Atakişiyev, Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
10:30 / 20.07.2022
Avropa qapıdakı bəladan qurtula biləcəkmi?
Hazırda oxunan: Avropa qapıdakı bəladan qurtula biləcəkmi?
Hazırda oxunan: Avropa qapıdakı bəladan qurtula biləcəkmi?
84543
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.