Azərbaycan neftinin qiyməti 120 dolları keçdi

Hazırda oxunan: Azərbaycan neftinin qiyməti 120 dolları keçdi

84362

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 3,52 ABŞ dolları, yaxud 3 % artaraq 121,74 ABŞ dolları təşkil edib.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı neft bazarındakı mənbə yayıb.
Hərraclarda “Brent” markalı neftin sentyabr fyuçersləri 105,77 ABŞ dollardan satılıb.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 85 ABŞ dolları götürülüb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin