BTC ilə ixrac olunan neftin HƏCMİ

Hazırda oxunan: BTC ilə ixrac olunan neftin HƏCMİ

84249

Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə indiyədək 3,8 mlrd. barel neft ixrac olunub. 

Bizim.Media xəbər verir ki, bu barədə jurnalistlərə BP-nin Yaxın Şərq və Xəzər ölkələrində kommunikasiya və təşviqat üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli məlumat verib.

Onun sözlərinə görə, hazırda BTC vasitəsilə ortalama gündəlik 660 min barel neft nəql olunur, onun 440 min bareli "Azəri-Çıraq-Günəşli" yatağının, 100 min bareli "Şahdəniz" yatağında hasil olunan kondensatın, 120 min bareli isə digər ölkələrin neftinin payına düşür. 

Apa.az-ın məlumatına görə, Bəxtiyar Aslanbəyli onu da əlavə edib ki, tranzit neftinin həcminin artırılması ilə bağlı müraciətlər də var və bunun texniki tərəflərinə baxılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin