Rusiyanı tərk edən xarici şirkətlər Azərbaycana üz tuta bilərmi? – Ekspert ŞƏRTLƏRİ AÇIQLADI

Hazırda oxunan: Rusiyanı tərk edən xarici şirkətlər Azərbaycana üz tuta bilərmi? – Ekspert ŞƏRTLƏRİ AÇIQLADI

83817

“Bu addımın atılması Azərbaycana əlavə dividentlər verəcək”.

İqtisadçı ekspert Natiq Cəfərli sanksiyalar fonunda Rusiyanı tərk edən 1400-ə yaxın iri xarici şirkətin müəyyən hissəsinin Azərbaycana cəlb edilməsi vacibliyindən Bizim.Media-ya danışarkən deyib:
 

MÖVZU İLƏ BAĞLI:

Rusiyanı tərk edən xarici şirkətlərin SİYAHISI 


“Azərbaycan Rusiyanı tərk edən xarici biznesi ölkəyə cəlb etməkdə maraqlıdrsa, əncəbi investorlar üçün xüsusi qorunma qanunlarını qəbul etməli, məhkəmə sistemindəki problemləri aradan qaldırmalı, vergi və gömrük məcəlləsində müəyyən dəyişikliklər etməlidir”. 

Həmsöhbətimizə görə, belə bir infrastrukturu qurandan sonra Azərbaycan üçün Rusiyanı tərk edən xarici biznesi cəlb etmək digər qonşu ölkələrlə müqayisədə daha rahat olacaq:

“Çünki Azərbaycan digər ölkələrə çıxış üçün, loqistik mərkəz olaraq daha cəlbedicidir. Sadəcə, onları inandırmaq üçün qanunvericilikdə olan boşluqları doldurmaq, münbit şərait yaratmaq lazımdır”. 

Ekspert düşünür ki, həmin xarici biznesin cəlbi ölkəmizin ixrac potensialını daha da artıracaq:

“Rusiyadan çıxan xarici biznesin ölkəmizə gəlməsi yeni iş yerlərinin yaradılması demək olacaq. Bu həm də büdcəyə əlavə vergi gəlirlərinin gəlməsi, ölkəmizin ixracat potensialının artması deməkdir. Yəni istənilən halda xarici investorların gəlməsi yaxşıdır. Bu ölkəyə əlavə dividentlər verəcək”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin