“Azəri-Çıraq-Günəşli” (AÇG) və “Şahdəniz” yataqları istismara veriləndən 1 iyul 2022-ci il tarixinədək 594,8 milyon tona yaxın neft (kondensatla birlikdə) hasil edilib.
Bizim.Media Energetika Nazirliyinə istinadən xəbər verir ki, “Azəri-Çıraq-Günəşli”dən 556,8 milyon ton neft, “Şahdəniz”dən isə 38 milyon ton kondensat çıxarılıb.
“Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən 2022-ci ilin 1 iyul tarixinədək 593 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql edilib.
Məlumata görə, yataqlar istismara veriləndən cari ilin 1 iyul tarixinədək “Azəri-Çıraq-Günəşli”dən 197 milyard kubmetrə yaxın, “Şahdəniz”dən isə 170 milyard kubmetrdən çox qaz hasil edilib. Bu dövrdə “Şahdəniz” yatağından hasil edilən qazın 116 milyard kubmetrdən çox həcmi ixraca nəql edilib.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
13:52 / 09.07.2022
“Şahdəniz” yatağından çıxarılan neftin həcmi açıqlandı
Hazırda oxunan: “Şahdəniz” yatağından çıxarılan neftin həcmi açıqlandı
Hazırda oxunan: “Şahdəniz” yatağından çıxarılan neftin həcmi açıqlandı
83077
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.