Ötən ilin yanvar-dekabr aylarında Azərbaycan əhalisinin nominal gəlirləri əvvəlki ilin eyni dövrünə nisbətən 1,8% azalaraq 55 726,1 mln. manat təşkil edib.
Bu barədə Bizim.Media-ya Dövlət Statistika Komitəsindən məlumat verilib.
Xəbərə əsasən, əhalinin hər nəfərinə orta hesabla 5 587,6 manatlıq gəlir düşüb. Bu da illik ifadədə 2,5% azdır.
Bizim.Media