Neftin qiymət artımı nə qədər davam edəcək? – İlham Şabandan AÇIQLAMA

Hazırda oxunan: Neftin qiymət artımı nə qədər davam edəcək? – İlham Şabandan AÇIQLAMA

81877

Xəbər verdiyimiz kimi, OPEC+ ölkələri nazirlərinin 30-cu iclasında gündəlik xam neft hasilatının avqustda 648 min barel artırılması ilə bağlı qərarı Azərbaycan tərəfindən dəstəklənib.

Energetika Nazirliyinin müavinətinə görə, avqust ayı üzrə müəyyənləşdirilmiş kvotalara uyğun olaraq Azərbaycanda gündəlik xam neft hasilatının 11 min barel artırılaraq 717 min barelə çatdırılması, ixtisarla bağlı öhdəliyin isə yekunlaşması nəzərdə tutulur.

Bəs, bu dəyişikliklər ölkənin neft sənayesinə necə təsir edəcək?

Mövzunu Bizim.Media üçün şərh edən iqtisadçı-ekspert İlham Şabanın sözlərinə görə, 2020-ci ilin mayından etibarən OPEC+ ölkələrində adminitstrativ üsullarla kəskin azaldılması başlandı:
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycan bu neft yatağından 3 milyard dollardan çox PUL QAZANDI


“2021-ci ilin avqust ayından isə hər ay gündəlik hasilatın 400 min barel artırılması qərara alındı. Bu il sözügedən rəqəm, 432, iyul-avqust ayları üçünsə 468 min barelə çatdırıldı. Azərbaycan da bu kvotaya uyğun olaraq artımı gerçəkləşdirilir. Əgər 2022-ci ilin sentyabrından OPEC+un hasilatın azaldılması ilə bağlı sazişinin qüvvədə olmadığı açıqlanarsa, o ölkələrin ki buna fiziki imkanları var, bu addımı ata bilər. Məsələn, ABŞ, Səudiyyə Ərəbistanı, BƏƏ bu cür ölkələrdir.

May ayından etibarən gündəlik 10 milyon bareldən aşağı neft hasil edən Rusiyanın Baş nazirinin enerji məsələləri üzrə müavini Aleksandr Novak bildirib ki, bizim üçün neft hasilatını artırmaq problemlidir və bunun üçün zaman lazımdır. Ancaq açıqlamanın sətiraltı məna budur ki, Qərb heç də bazara əlavə həcmlər buraxmaqla neftin qiymətini aşağı salmaq fikrində olmasın”.

Ekspertin sözlərinə görə, Azərbaycan mövcud OPEC+ kvotalarından 120 min barel az neft hasil edir:

“Məgər OPEC ekspertləri bunu bilmirlər? Bundan əlavə, kvota ilə fərq hər ay 7-10 min barel artır. Başqa ölkələrdə də vəziyyət belədir. Neftin qiyməti bu gün belə baha olmasında Rusiya-Ukrayna müharibəsi rol oynayır. Lakin bunun təsiri cəmi 30 dollar həcmindədir. Artımın digər hissəsi isə sünidir. Yəni bu, neftin bilərəkdən az hasil olunmasıyla bağlıdır. Bu cür vəziyyət neft hasilatı ilə məşğul olan böyük oyunçuların qeyri-rəsmi razılaşmasıdır. Onlar bununla 2020-ci ildə pandemiya səbəbindən itirilmiş mövqelərini bərpa edirlər.

Əgər sonuncu hesabatlara baxsaq görərik ki, ABŞ ilin əvvəlindən başlayaraq iyula qədər neft hasilatını 12 milyon barelə çatdırıb. Lakin iri hasilatçılar bazara lazımi səviyyədə neft çıxarmadıqları üçün vəziyyət bu həddə çatıb.


2016-cı ildə OPEC bazarda ədalətli neft qiymətləri hədəfini qoymuşdu ki, bu da 50-55 dollar idi. Burada 20%-ə qədər kənaraçıxma ola bilər. Amma hal-hazırdakı qiymətlər bundan iki dəfə yüksəkdir. Əgər heç bir tədbir görülmürsə, deməli OPEC bazara nəzarət etmir, ya da onların qeyri-rəsmi marağı var, fikrimcə bu, hələ bir müddət də belə davam edəcək”.

İlham Şabanın sözlərinə görə, bahalı neft qiymətləri neft hasilatçıları, o cümlədən Azərbaycan üçün sərfəlidir.

Murad Əhmədov, Bizim.Media    

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin