2021-ci ildə Azərbaycanda ortalama gündəlik neft hasilatı 590 min barel təşkil edib.
Bizim.Media xəbər verir ki, bu barədə Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) illik statistik bülletenində məlumat yerləşdirilib.
Hesabata görə, bu da illik müqayisədə 3,4% azalma deməkdir. 2020-ci ildə isə qeyd olunan göstərici 611 min barel səviyyəsində olub.
Həmçinin ölkədən ortalama gündəlik neft ixracı 483 min barel olub ki, bu da illik müqayisədə 3,5% azdır. 2020-ci ilin statistikasına əsasən, bu göstərici 500 min barel təşkil edib.
2021-ci ildə Azərbaycanda neftə olan ortalama gündəlik tələbat 107 min barel səviyyəsində olub, bu da 2020-ci ilin göstəricisi (103 min barel) ilə müqaisədə 4,6% çoxdur.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
15:29 / 29.06.2022
Azərbaycan neft hasilatını və ixracını azaldıb, istehlakı artırıb - OPEC
Hazırda oxunan: Azərbaycan neft hasilatını və ixracını azaldıb, istehlakı artırıb - OPEC
Hazırda oxunan: Azərbaycan neft hasilatını və ixracını azaldıb, istehlakı artırıb - OPEC
81531
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.