Xəzər regionunda uzunmüddətli inkişaf strategiyasını davam etdirən Boston Consulting Group ( BCG ) Bakıda yeni ofisinin açılışını elan edib.
Yeni ofis şirkətin Azərbaycandakı müştərilər və tərəfdaşlarla əməkdaşlığını dərinləşdirməyə imkan verəcək. Bu, həmçinin strateji konsaltinq sahəsində peşəkar karyera qurmaqda maraqlı olan istedadlı gənclər üçün də yeni imkanlar yaradacaq.
Ümumilikdə isə BCG Azərbaycan iqtisadiyyatının bütün sahələrində şirkətlərlə işləyir.
Yerli şirkətlərlər əməkdaşlığa enerji, tikinti, istehsal, telekommunikasiya və bank sektorları üçün tamamlanan layihələrə rəqəmsal və ESG (ekologiya, sosial siyasət və idarəetmə), əməliyyat səmərəliliyinin təkmilləşdirilməsi və bir çox başqaları daxil olmaqla, hər bir müştərinin unikal ehtiyaclarına uyğunlaşdırılmış hərtərəfli biznes transformasiya strategiyaları daxildir.
BCG Bakı şirkətinin rəhbəri, BCG-nin idarəedici direktoru və baş partnyoru, EMC Regionunda Enerji Departamentinin rəhbəri Kirill Tuişev Bakıda yeni ofisin fəaliyyətə başlaması ilə bağlı qeyd edib ki, bu addım şirkətin müştərilərinə və uzunmüdətli inkişaf strategiyasına sadiq olduqlarını bir daha təsdiq edib:
Azərbaycan strategiyası
“Mürəkkəb və sürətlə dəyişən bazarda Azərbaycanın zəngin təbii ehtiyatları və iqtisadi artım kursu uzunmüddətli rəqabət üstünlüyü təmin edir. Bu, qlobal enerji təhlükəsizliyi üçün də etibarlı stabilləşdirici amildir. Eyni zamanda, ölkə iqtisadiyyatı üçün mühüm əhəmiyyət kəsb edən Azərbaycanın yanacaq-energetika kompleksi bir sıra unikal üstünlüklərə malikdir.
Yerləşdiyi yerə, resursların keyfiyyətinə və istehsalın səmərəliliyinə görə Azərbaycan Səudiyyə Ərəbistanı və Küveyt kimi ölkələrlə birlikdə qlobal enerji arenasında aparıcı rol oynayır.
Bundan əlavə, sürətli texnoloji inkişaf, qloballaşma və qlobal ESG iqtisadiyyatında iştirak zərurəti kimi qlobal çağırışlar zamanı BCG bu mövzular üzrə aparıcı məsləhətçi kimi Azərbaycan üçün uyğunlaşdırılmış müasir həllər və ən yaxşı təcrübələri təqdim edə biləcək.
Biz həmçinin güclü, dinamik yerli işçi qüvvəsinin yaradılmasına da öz töhfəmizi verəcəyik. Biz Bakıda komandamıza qoşulmaq üçün fəal şəkildə konsaltinq, administrasiya departamentləri sahəsində istedadlar axtarırıq. Bundan sonra karyera yolu boyunca hər bir işçi üçün təlim və mentorluğa sərmayə qoyuruq”.
Boston Consulting Group (BCG) haqqında
“Müştərilərimizlə birlikdə çalışaraq, biz onlar üçün təkcə ən vacib tapşırıqların həlli yollarını deyil, həm də yeni imkanlar tapırıq. BCG 1963-cü ildə qurulduğu gündən biznes strategiyasında qabaqcıl yerlərdə olub. Bu gün BCG-nin dünyanın 50-dən çox ölkəsində 90-dan çox ofisi fəaliyyət göstərir. Biz böyümə, rəqabət üstünlüyü və daha yaxşı maliyyə nəticələri üçün təşkilatın tam transformasiyasına imkan verən kompleks dəyişikliklərin həyata keçirilməsinə kömək edirik.
Qeyd etməliyik ki, müasir uğurlu təşkilat texnoloji imkanları və insan bacarıqlarını birləşdirməyi bacarmalıdır. Beynəlxalq komandalarımız sənaye və funksional sahələrdə dərin təcrübəyə malikdir.
BCG həlləri idarəetmə konsaltinqində ən yaxşı təcrübələrə, eləcə də təşkilatın inkişafının müasir texnologiyaları, prinsipləri, eləcə də rəqəmsallaşma prosesləri və müştəri biznes məqsədlərinin dərindən dərk edilməsinə əsaslanır.
Biznes modelimizin unikallığı ondan ibarətdir ki, o, tamamilə həm BCG daxilində, həm də müştəri təşkilatının bütün səviyyələrində məhsuldar əməkdaşlıq prinsipləri üzərində qurulub və maksimum nəticə əldə etməyə imkan verir”.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
15:14 / 29.06.2022
Boston Consulting Group Bakıda yeni ofis açdı
Hazırda oxunan: Boston Consulting Group Bakıda yeni ofis açdı
Hazırda oxunan: Boston Consulting Group Bakıda yeni ofis açdı
81527
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.