Azərbaycanın Energetika Nazirliyi dekabr ayında imzalanan OPEC + müqaviləsinin öhdəliklərini tam yerinə yetirdiyini bildirib.
Bizim.Media xəbər verir ki, bu haqda “RİA Novosti” məlumat yayıb.
MÖVZU İLƏ BAĞLI:
“Brent” markalı neft 55 dollarlıq həddi keçdi
Məlumatda deyili ki, 2020-ci ilin dekabr ayında Azərbaycan gündəlik 688,8 min barel neft istehsal edib. Bu istehsalın 587 mini xam neft, 101,8 mini kondensandtdır. Sazişin dekabr ayı üçün nəzərdə tutulan neft hasilatını 587 min barel səviyyəsində saxlayıb.
Bir az öncə isə Rusiya Baş Nazirinin müavini Aleksandr Novak Rusiyanın 2020 – ci ilin may ayından bu yana sazişin 100 faizə yaxın səviyyədə istehsal etdiyini bildirmişdi.
Vüqar Ağamalıoğlu, Bizim.Media