Dövlət büdcəsinin artırılan xərcləri bu sahələrə yönləndiriləcək

Hazırda oxunan: Dövlət büdcəsinin artırılan xərcləri bu sahələrə yönləndiriləcək

81289

Xəbər verdiyimiz kimi, Milli Məclisin bu gün keçirilən növbədənkənar iclasında 2022-ci il üçün dövlət büdcəsinə dəyişikliklərin edilməsi ilə bağlı qanun layihəsi II oxunuşda müzakirəyə çıxarılıb.  

Layihəni müzakirəyə təqdim edən İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili dövlət büdcəsində artırılan və xərclər arasında yerdəyişmələrin hesabına yaranan ehtiyat vəsaitlərin hansı istiqamətlərə yönləndiriləcəyinə də aydınlıq gətirib:

- Böyük qayıdışın daha sürətlə təmin edilməsi üçün Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında yol-nəqliyyat infrastrukturunun yaradılması, həmçinin ölkəmizin digər regionlarında nəqliyyat-kommunikasiya infrastrukturunun təkmilləşdirilməsi üzrə layihələrin maliyyələşdirilməsi üçün 1 477 milon manat;

- Müdafiə qabiliyyətinin və hərbi qüdrətin daha da artırılması, Milli təhlükəsizlik sahəsində tədbirlərin maliyyələşdirilməsi üçün 588 mln. manat;  

- Vətən müharibəsi zamanı ölkəmizin bəzi rayon və şəhərlərində zərər çəkmiş yaşayış və qeyri-yaşayış sahələrini bərpası və yenidən qurulması üzrə tədbirlərin maliyyələşdirilməsi üçün 34 mln. manat;

- Sosial müdafiə sahəsində, o cumlədən cari il ərzində götürülən sosial öhdəliklər, əmək pensiyaları üzrə maddi yardım, əmək haqqı və sosial müavinətlər üzrə ödənişlərin maliyyələşdirilməsi üçün – 519 mln. manat;  
- Ərzaq təhlükəsizliyi üçün tədbirlər üzrə əlavə ehtiyatların yaradılması üçün – 193 mln. manat;

- Sahibkarlığın inkişafı ilə bağlı tədbirlərin dəstəklənməsi üçün 163 mln. manat;  

- Bir sıra zəruri kommunal və kommunikasiya xərclərinin təmin edilməsi üçün 42 mln. manat vəsait nəzərdə tutulur.  

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin