“İşğaldan azad edilmiş ərazilərində yerləşən hərbi hissələrin şəxsi heyətinin məişət şəraitinin yaxşılaşdırılması və fasiləsiz təminatını təşkil etmək məqsədilə qısa müddətdə yeni yataqxana, yeməkxana, hamam-camaşırxana kompleksi, anbarlar və digər obyektlər istifadəyə verilib.
Vətən müharibəsindən sonrakı müddət ərzində ümumilikdə yeni tikilən, təmir-bərpa işləri aparılan obyektlərin sayı 200-ə yaxındır. Bu, həm ölkəmizin iqtisadi qüdrətinin, həm də ölkə Prezidentinin ordumuza olan diqqət və qayğısının bariz nümunəsidir”.
Bizim.Media xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov 26 iyun – Silahlı Qüvvələr Günü münasibətilə Azərtac-a müsahibəsində səsləndirib.
Onun sözlərinə görə, azad olunan ərazilərdə bölmələrin elektrik enerjisi ehtiyacının davamlı təmin olunması məqsədilə artıq 20-dən çox hərbi obyekt günəş batareyaları və panellərlə təchiz olunub:
“Həmçinin ildırım vurma təhlükəsi olan dağlıq ərazilərdə şəxsi heyətin, hərbi infrastrukturun, binaların və rabitə qurğularının təhlükəsizliyinin təmin edilməsi məqsədilə 200-ə yaxın ildırım ötürücü quraşdırılıb.
Nazir qeyd edib ki, Kəlbəcər və Laçın rayonlarının ərazisində dislokasiya olunmuş hərbi hissələrin şəxsi heyətini çörəklə fasiləsiz təmin etmək üçün yeni çörəkbişirmə sexləri tikilərək istifadəyə verilib, təminatın yaxşılaşdırılması məqsədilə yanacaq, ərzaq və əşya anbarlarının yaradılması işlərinə başlanıb:
“Qoşunların hərəkət qabiliyyətinin yüksəldilməsi və hərtərəfli təminatının fasiləsiz yerinə yetirilməsi məqsədilə işğaldan azad edilmiş ərazilərdə yol infrastrukturu inkişaf etdirilib, yeni yolların çəkilməsi və bərpası işləri aparılmış, ümumilikdə 800 km-dən çox yeni yol çəkilib”.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
22:00 / 26.06.2022
“Azad edilən ərazilərdə 800 km-dən çox təminat yolu çəkilib” - NAZİR
Hazırda oxunan: “Azad edilən ərazilərdə 800 km-dən çox təminat yolu çəkilib” - NAZİR
Hazırda oxunan: “Azad edilən ərazilərdə 800 km-dən çox təminat yolu çəkilib” - NAZİR
81108
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.