“İstehlak krediti soyğunçu faizlərlə verilir”x9d

Hazırda oxunan: “İstehlak krediti soyğunçu faizlərlə verilir”x9d

80704
İqtisadi və Sosial İnnovasiylar İnstitutunun rəhbəri, millət vəkili Əli Məsimli Moderator.az-ın bir neçə sualını cavablandırıb:

-Problemli kreditlərin həcminin milyard yarıma yaxınlaşdığı bildirilir-1,3 milyard manat. Ölkənin bank sistemi hara gedir...?
          
-Vaxtı keçmiş kreditlərin qaytarılması məsələsi MDB məkanına aid ölkələrin əksəriyyətində aktual müzakirə obyektinə çevrilmiş sosial-iqtisadi məsələlərdən biridir. Bu məsələ xüsusən də Rusiya, Ukrayna və Qazaxıstanda daha aktual problem kimi intensiv müzakirə olunur. Azərbaycanda vaxtı keçmiş kreditlər son illər özündən əvvəlki illə müqayisədə həm mütləq rəqmlədə, həm faiz nisbətində nəzərəçarpan dərəcədə artıb. Belə ki, 2010-2014-illər ərzində vaxtı keçmiş kreditlərin həcmi hər il orta hesabla 20 faiz və yekun nəticədə sözügedən illər ərzində təqribən  2 dəfə artaraq 493 milyon manatdan 976 milyon manata çatıb. Göründüyü kimi, manatın 21 fevral 2015-ci il tarixli devalvasiyası haqqında qərar verilməzdən əvvəl də, vaxtı keçmiş kreditlər hər il aşağısı 6 faiz, yuxarısı 29 faiz olmaqla artmaqda idi. Lakin manatın  devalvasiyası vaxtı keçmiş kreditlərin daha sürətli şəkildə artmasına təsir göstərib. 2015-ci ilin 21 fevral tarixli devalvasiyadan keçən sonrakı aylarda artıq vaxtı keçmiş kreditlərin həcminin 1,2-1,3 milyard manata çatdığı bildirilir ki, bu da bütöblükdə 2014-cü illə müqayisədə 324 milyon manat və 33 faiz çoxdur. 
         
Bununla belə vaxtı keçmiş kreditlərin həcminin ümumi kredit portfelinə nisbətində isə son 5 ildə elə bir dəyişiklik olmayıb. Yəni  vaxtı keçmiş kreditlərin həcminin ümumi kredit portfelinə nisbəti 2010-cü ildə-5,4 faiz, 2011-ci ildə- 6,4 faiz,  2012-ci ildə- 6,1 faiz, 2013-cü ildə- 5,1  faiz, 2014-cü ildə-  5,3 faiz təşkil edib, devalvasiyadan sonra isə yenidən 6 faiz ətrafına qalxmaqdadır. 

-Vaxtı keçmiş kreditlərin həcminin ümumi kredit portfelinə nisbətinin 6 faizə çatması yüksək göstəricidir, yoxsa aşağı?  

-6 faiz- Ukrayna, Qazaxıstan  və müqayisə edilə biləcəyimiz bir sıra digər ölkələrin müvafiq göstəriciləri ilə müqayisədə aşağı göstəricidir. Amma ekspert qiymətləndirmələrinə görə, MDB məkanına aid ölkələrin çoxunda vaxtı keçmiş kreditlərin real səviyyəsi rəsmi göstəricidən əhəmiyyətli dərəcədə yüksəkdir. Bunun Azərbaycana  da nə dərəcədə aidiyyatı olması isə aidiyyatı qurumların araşdırmalarının işidir.
      
Vaxtı keçmiş kreditlərin artım tempi 2013-cü ildə 6 faiz, 2014-cü ildə isə 28 faiz olub. Bu baxımdan ötən ilin ortaları ilə müqayisədə son 1 ildə vaxtı keçmiş kreditlərin artım tempinin 40 faizdən yüksəyə qalxması  ciddi siqnaldır”¦.Göründüyü kimi, problemli kreditlər əvvəllər də aktual olub, indi də aktaualdır ”¦amma 21 fevral devalvasiyasından sonra kəskinləşəşməyə başlayıb.

-Son vaxtlar "Bandotdel"ə aparılıb zorla ödətdirilən pullar bura aiddirmi? 

-Son vaxtlar Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılaraq ödətdiririlən və ya vaxtında ödənilməsi imkanları araşdırılan kreditlərdə vaxtı keçmiş kreditlər də, ödənilmə vaxtına hələ bir qədər vaxt qalsa da, ödənilməsində problem gözlənilən və ya ehtimal iri həcmli kreditlər də var”¦ 

-Deyilən görə, bu boyda hay -küylə "Bandotdelə salınanlardan vur-tut 110 milyon toplaya biliblər. O zaman 1,3 milyardı geri qaytarmaq üçün gərək Tofiq Bəhramov adına stadion kimi təcridxana tiksinlər”¦

- Bu məsələyə yanaşmada iki şeyi bir-birindən ayırmaq lazımdır: Yəni bir var ki, insanlar istehlak krediti və ya sahibkarlıq fəaliyyəti, eləcə də maşın almaq və digər işlərlə məşğul olmaqdan ötrü kredit alıb və onların bir hissəsi müxtəlif səbəblərdən banka olan borcunu  vaxtında qaytara bilmir. Bir də var ki, sərvəti başından aşıb-daşan  bəzi iş adamları fürsətdən istifadə edib, iri məbləğdə kredit alıb və xoşla vaxtında qaytarmaq istəmir....MDB məkanına aid ölkələrlə müqayisəmizdən göründüyü kimi, Azərbaycanda ümumən vaxtı keçmiş kreditlər yox, müxtəlif  yollarla iri məbləğli riskli  kredit alanlar problemi daha ciddi xarakter daşıyır”¦. 
          
Birinci kateqoroyaya aid  problemli kreditlər barədə onu demək olar ki, burada istehlak kreditləri və avtomobil kreditləri çoxluq təşkil edir. İstehlak krediti soyğunçü faizlərlə verilir. O biri kreditlərin də bir qisminin  “şapkasını”x9d həmin faizlərin üstünə gələndə, istehlak kreditindən də soyğunçü faizlər alınır. Ona görə də gəlirini-çıxarını düzgün hesablaya bilən sahibkarların çoxu belə şərtlərlə  kredit almaqdan çəkinirlər və nəticədə bizdə neftdənkənar sahələrdə yerli istehsalımız potensialımıza layiq dərəcədə inkişaf etmir.
             
Dollarla kredit borcu olanlar isə həm aldığı kreditə görə 26-28 faiz ödəməli, həm də manatın devalvasiyasından sonra  əlavə 34 faiz pul ödəməlidir. Yəni  əgər 10 min dollar kredit alan şəxs həmin kreditə görə illik 2800 dollar müqabilində milli valyuta ilə 2180 manat  faiz ödəməli idisə, devalvasiyadan sonra indi  2940 manat, yəni əlavə olaraq 760 manat çox ödəməlidir. Kreditin həcmi artdıqca, həmin fərq də artır və qaytarılmasında ciddi problem yaradır. Belə yüksək faizli kreditləri qaytarmaq hər adamın işi deyil. Ona görə də belə vəziyyətdə olanların aylıq kredit ödənişləri gecikdirilir, kredit borcları yığılır və son nəticədə ölkədə problemli kreditlərin həcminin artması tempi yüksəlib. Bu qəbildən olan problemli kreditlər MDB məkanında olan ölkələrin əksəriyyətində var və  Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi  həmin qəbildən olan problemli kreditlərlə məşğul olmur və  kreditini ödəyə bilməyən sadə insanları, kiçik və orta biznes nümayəndələrini sizin dediyiniz stadiona bərabər ölçülü təcridxanaya yığmağa ehtiyac da yoxdu... Evinə soyuducu və digər məişət texnikası almaq üçün kredit götürən  insanların, kiçik və orta sahibkarların bankdan kredit götürüb, öz borcunu vaxtında ödəyə bilməməsinin obyektiv səbəbləri varsa, belə hallar araşdırılmalı və banklar güzəştli mövqe tutmalıdır.

-Amma onu da etiraf etmək lazımdır ki, problemli kreditlər ətrafındakı proseslər getdikcə kəskinləşir...
           
-Bəli, birinci sualınıza cavab verəndə mən bu məsələyə toxundum. Mərkəzi Bankın ötən ilin iyunun 1-nə olan məlumata görə, vaxtı keçmiş kreditlərin məbləği  905 milyon manat olub. Bu ilin iyununa artıq 1,2-1,3 milyard manatdan söhbət gedir ki, bu da  ötən ilin iyunun 1-i ilə müqayisədə 300-400 milyon manata yaxın artmış bir rəqəm edir. Deməli, son 1 ildə vaxtı keçmiş kreditlər sahəsində  33-44 faiz civarında  artım var. Əlbəttə ki, vaxtı keçmiş kreditlərin belə sürətlə artması yaxşı hal olmamaqla yanaşı, həm də ciddi problem xarakteri almaqdadır.Vaxtı keçmiş kreditlərin çoxu Bakı, Abşeron və Sumqayıtın payına düşsə də, manatın devalvasiyasından sonra bu məsələ regionlarda da problem xarakteri almaqdadır.Təsirli və davamlı olaraq səmərə  verə bilən  tədbirlər görülməsə, vaxtı keçmiş kreditlərin həcmi kredit portfelinin 10 faizi  ətrafına qalxa bilər. Beynəlxalq maliyyə bazarındakı hazırkı qeyri-sabitlik şəraitində vaxtı keçmiş kreditlərin real səviyyəsi 10-15 faiz olmaqla ölkənin bank sisteminin dayanıqlığını qoruyub saxlamaq olar. Amma  problemli kreditlərin real səviyyəsi barədə məlumatların kasadlığı və mübahisəli olduğu bir şəraitdə onun hazırkı artım sürəti bu məsələyə ciddi yanaşmağı tələb edir.
              
Bununla belə ümumən götürüldükdə, bayaq dediyimiz kimi, Azərbaycanda vaxtı keçmiş kreditlər yox, iri məbləğli riskli  kredit alanlar problemi daha ciddi fəsadlar yaradır. Çünki məhz əlverişli şərtlərlə alnan belə kreditlərdən bankın götürə bilmədiyi gəlirin  yükünü digər sahələrə tətbiq olunan yüksək faiz dərəcələri vasitəsilə adi vətəndaşlar, kiçik və orta biznes nümayəndləri çəkməli olurlar. Bu da son vaxtlar problemli kreditlər məsələsinin digər bir tərəfini kəskinləşdirən  yeni problemlər yaradır. Banklara börcu olanları bir hissəsinin evləri, torpaq sahələri, digər daşınmaz obyektləri, avtomobilləri və sairləri bankların ətrafına yığılıb  çox əcaib və ölkəmizin perspektivləri üçün təhlükəli bir maliyyə oliqarxiyası yaranır. Biz, deputat həmkarım Vahid Əhmədovla birlikdə  10 ilə yaxındır ki, Milli Məclisin tribunasından və KİV-lərdə bu məsələ ilə əlaqədar olaraq  müntəzəm olaraq çağırışlar edirik ki, Azərbaycanda yerli istehsalın qarşına sədd çəkən “soyğunçu faizlərdən, iqtisadi təhlükəsizliyimizə xələl gətirən bank və maliyyə manipulyasiyalarından əl çəkmək, bank kreditlərinin yetərli hissəsini yerli istehsalın inkişaf etdirilməsinə yönəlmək lazımdır.
              
Bu baxımdan, qeyd etdiyimiz kimi, problemli kreditlər məsələsinin ən  təhlükəli tərəfi  odur ki, hansısa arxalı iş adamları  müxtəlif  üsullarla  on, yüz milyonlarala ölçülən  iri məbləğdə kredit alıblar və kimlərəsə arxayın olub həmin çoxmilyonlu pulları necə gəldi, elə də səmərəsiz işlədiblər. Son vaxtlar hökumət də bu sahədəki təhlükələrə və qanundan yüksəkdə duranlara qarşı qabaqlayıcı tədbirlər görməyə başlayıb. Ona görə ki, bizdə müxtəlif yollarla riskli  kredit alanlar problem  elə ciddi xarakter daşımağa başlayıb ki, bununla Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi məşğul olmağa başlayıb.

-Sizcə bu pulları necə geri qaytarmaq mümkündü? 
         
-Müxtəlif  təyinatlı  problemli kreditlərin qaytarılmamasının  səbəbləri müxtəlif olduğundan, bank praktikasında vaxtı keçmiş kreditlərin hamısının geri qaytarılmasına nail olmağın universal üsul və qaydası yoxdu. Ona görə də problemli kreditləri qaytarmaqdan ötrü müxtəlif üsullardan istifadə olunur. Bankların praktikasında daha çox yayılmış yanaşmalara gəldikdə isə birincisi, borclunun öz öhdəliyini yerinə yetirməsi prosesi sərt nəzarətə alınır. İkincisi, ümumiyyətlə  bank-müştəri münasibətlərinin keyfiyyətinin yaxşılaşdırılmasına təsir edən  bir fəaliyyət planı hazırlanıb həyata keçirilir. Üçüncüsü, bankdan kredit götürənin öz borcunu vaxtında qaytara bilməməsinin obyektiv səbəbləri olduqda, müxtəlif ölkələrin qanunvericiliklərində müxtəlif güzəştlər nəzərdə tutulur. Dördüncüsü, müəyyən bir kredit üçün bank və müştəri arasında münaqişənin həllinin həmin situasiyaya uyğun  həll üsulu seçilir və sair...Mütəşəkküil Cinayətkarlıqla  Mübarizə İdarəsi vasitəsilə problemli kreditlərin qaytarılmasına nail olmaq  mahiyyət etibarı ilə  sadaladığımız dördüncü  üsulun modifikasıyası və ya bir variantı  kimi də baxıla bilər. Bu sahədəki  hər bir problemli kreditin, yəni iri məbləğli riskli  kredit alanlar probleminin  isə öz spesifikliyi var....Ona görə də həmin üsulun  nə dərəcədə səmərəli olacağını  praktika özü göstərəcək.
        
Problemli kreditlərin idarə edilməsi bankçılıq  işinin ən mühüm tərkib hissəsi və  böyük yaradıcılıq tələb edən  çox  incə bir cəhətidir. Problemli kreditlər olub, var və bundan sonra da olacaq...Əsas məsələ problemli kreditlərlə elə işləmək, onu elə idarə etmək  lazımdır ki, həm bankla müştəri arasındakı münaqişəli vəziyyət uğurla aradan qalxsın, problem öz həllinə doğru yönəlsin, həm də bankın sabitliyi təmin olunsun və onun nüfuzuna xələl gəlməsin. Bundan ötrü həm qeyd etdiyimiz beynəlxalq, həm də öz praktikamızdan yaradıcılıqla istifadə edərək kreditlərin vaxtında qaytarılmasının işlək mexanizmi hazırlanmalıdır.
     
-Beynəlxalq Bankdan qeybə çəkilən 6 milyardın taleyi necə olacaq bəs?
     
-Kredit verilərkən müştərinin maliyyə vəziyyətinin, risqləri və girov təminatının  düzgün qiymətləndirilməməsi bir sıra bankları  ciddi  problemlərlə üz-üzə qoyur. Belə halarda götürülən kredit məbləği borcalanlar tərəfindən geri qaytarılmır, nəticədə ölkədə problemli kreditlərin həcminin artmasına səbəb olur. Konkret Beynəlxalq Banka gəldikdə isə əvvəla, məndə tam əminliklə  işlədə biləcəyim sizin dediyiniz səviyyədə rəqəmlər olmadığından, ikincisi, bir sıra hallarda iri məbləğli  kreditlərdən səmərəli istifadə edilməməsi məsələsini birinə çox, o birilərinə bir qədər az olmaq şərtilə bir sıra banklara şamil edilə bildiyindən, üçüncüsü, bu məsələnin görünməyən tərəfi görünüən tərəfindən qat-qat böyük olduğundan, əlavə təhqiqatlara ehtiyac olacaq.
         
Kimlər ki, banklardan  iri məbləğdə kredit alıb, istehsal qurub və ya faydalı bir fəaliyyət növü ilə məşğuldur, ona şərait yaratmaq lazımdır ki, işləri daha yaxşı getsin və təsərrüfat fəaliyytinin səmərəliliyinin artırılmasından əldə etdiyi vəsait hesabına aldığı krediti ödəsin. Yox, əgər kimlərsə ona olan xoşməramlı münasibətdən sui istifadə edib, hansı üsullarlasa banklardan iri məbləğli kredit alıb və indi də qanundan yüksəkdə durub, müxtəlif  bəhanələrlə onu qaytarmırsa, həmin kateqoriyadan olanlara qarşı qanunun bütün sərtliyindən elə istifadə etmək lazımdır ki,belə  üsullarla  zənginləşməyə yönəlmiş  düşüncə tərzi daşıyanlara da dərs olsun. Ona görə ki, həmin iri maliyyə vəsaitlərindən səmərəli istifadə hesabına ölkəmizdə, xüsusən də bölgələrdə onlarla, yüzlərlə fabrik, zavod və digər istehsal obyektləri yaradıb, həm əhalini lazımı qədər yerli istehsal məhsulları ilə  təmin etmək, həm də əldə olunan qazanc hesabına banklarla vaxtında hesablaşıb yerli istehsalı hərtərəfli inkişaf etdirmək olardı. Ona görə də heç olmasa bundan sonra ciddi texniki-iqtisadi əsaslandırmalar  və işlək girov mexanizmi əsasında kreditlərin bir hissəsi  hər şəhər və rayonda həmin yerin spesifikliyinə müvafiq olan rəqabət qabiliyyətli məhsul istehsalı ilə məşğul olan  istehsal sahəsinin yaradılmasına yönəldilməlidir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin