AQTA-dan reyd – Qanunsuz ət kəsiminin qarşısı alındı

Hazırda oxunan: AQTA-dan reyd – Qanunsuz ət kəsiminin qarşısı alındı

80653

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkədə heyvan kəsiminin müasir tələblərə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkil olunması və qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması istiqamətində nəzarət tədbirlərini davam etdirir. 

AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən Bizim.Media-a verilən məlumata görə, agentliyin müfəttişləri tərəfindən Bərdə Rayon İcra Hakimiyyəti və DİN-nin əməkdaşları ilə birgə Bərdə rayonunun ərazisində aparılmış reydlər zamanı sanitar-gigiyenik norma və qaydalara əməl olunmadan, baytarlıq (baytarlıq-sanitariya) ekspertizası aparılmadan qanunsuz heyvan kəsimi və ət satışının həyata keçirildiyi bir sıra məntəqələr aşkar edilib.

Faktlarla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb, kəsimlə məşğul olan şəxslərə zəruri məlumatlar verilib. 

Agentlik bir daha qanunsuz heyvan kəsimi fəaliyyəti ilə məşğul olan şəxsləri qanunvericiliyin tələblərinə əməl etməyə və qanunazid fəaliyyətdən yayınmağa çağırır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin