ADİU-nun MBA Proqramı EFMD-yə tam üzv qəbul edilib

Hazırda oxunan: ADİU-nun MBA Proqramı EFMD-yə tam üzv qəbul edilib

80427
Moderator.az-ın verdiyi xəbərə görə, Respublikada ilk dəfə olaraq Azərbaycan Dövlət İqtisad Universitetinin MBA Departamentinin MBA Proqramı EFMD (European Foundation for Management Development (Busines School Accreditation)) təşkilatının 1 iyun 2015-ci il tarixindən etibarən tam üzvlüyünə qəbul edilib.

Baş ofisi Belçikanın Brussel şəhərində yerləşən bu təşkilatın əhatə dairəsinə ABŞ, Böyük Britaniya, Fransa, Almaniya, İspaniya, İsveçrə də daxil olmaqla 81 ölkədən 800-dən artıq akademik təşkilatlar, biznes, dövlət xidməti və məsləhət xidməti qurumları daxildir. EFMD - idarəetmənin inkişafı sahəsində informasiya mübadiləsi, tədqiqatların aparılması, innovativ ideyaların və təlim metodlarının işlənib hazırlanması, bu sahə üzrə qabaqcıl təcrübələrin mübadiləsi, biznes təhsil müəssisələrinin rasionallaşdırılması üzrə yeganə təşkilatdır.

Qlobal miqyasda tanınmış bu təşkilatdünyanın aparıcı təhsil sistemlərinin standartlarına cavab verən biznes məktəblərinin, onların biznes təhsili proqram-larının, korporativ universitetlərin və texnologiyalara əsaslanan tədris proqramları-nın qiymətləndirilməsi üzrə akreditasiya xidmətlərini həyata keçirir.

ADİU-nun MBA Departamentinin MBA Proqramının EFMD-yə tam üzv olması ali təhsil müəssisəsinin biznesin idarə edilməsi üzrə proqram heyəti və magistrantlarının mübadiləsinə, bilik paylaşımına və dünyanın qabaqcıl universitetləri ilə əməkdaşlığa geniş imkanlar yaradır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin