“Bəzi müavinət xərcləri azaldılacaq” – Komitə sədri  

Hazırda oxunan: “Bəzi müavinət xərcləri azaldılacaq” – Komitə sədri  

80412

“Bəzi müavinət xərclərinin azaldılması nəzərdə tutulur ki, bu da pandemiyanın təsirinin azalması ilə bağlıdır”.  

Bizim.Media xəbər verir ki, bu fikirləri parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev Milli Məclisin bu gün keçirilən növbədənkənar sessiyasında səsləndirib.  

“Dövlət Sosial Müdafiə Fondunun 2022-ci il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə layihəni təqdim edən deputat əlavə edib ki, uşağın anadan olmasına görə müavinətin məbləğinin daha 4 milyon manat artırılaraq 24 milyon manata çatdırılması nəzərdə tutulub:  

“Bu artım uşağın doğulmasına görə məbləğin bu ilin əvvəlində 200 manatdan 300 manata qədər artırılması ilə bağlıdır. Bütün bu dəyişikliklər dürüstləşdirmə xarakteri daşıyır və əhalinin sosial təminatının davamlılığının təmin olunması strategiyasına xidmət edir”.  

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin