Nazir gəlirlərin artımından DANIŞDI 

Hazırda oxunan: Nazir gəlirlərin artımından DANIŞDI 

80410

"2021-ci ilin eyni dövrü ilə müqayisədə gəlirlər 2706,6 milyon manat və ya 27,8 faiz çox olub".  

Bizim.Media xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında 2022-ci ilin dövlət büdcəsinə dəyişiklik layihəsinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib.

Nazir qeyd edib ki, 2022-ci ilin beş ayı üzrə dövlət büdcəsinin gəlirləri 11227,0 milyon manat proqnoza qarşı 12442,4 milyon manat və ya 1215,4 milyon manat (10,8 faiz) çox olub:  

“Hesabat dövründə dövlət büdcəsində 1992,4 milyon manat profisit yaranıb. Bu proqnoza qarşı 1146,2 milyon manat və ya 2,4 dəfə çoxdur".  

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin