"Qlobal pandemiya şəraitində 2020-ci ildə ölkə iqtisadiyyatında yaşanan resessiya 2021-ci ildən başlayaraq iqtisadiyyatın sürətli bərpa prosesi ilə əvəzlənib. Cari ilin ötən dövründə də bu müsbət dinamikanın davam etməsi müşahidə edilib".
Bizim.Media xəbər verir ki, bu fikirləri Milli Məclisin bu gün keçirilən plenar iclasında 2022-ci ilin dövlət büdcəsinə dəyişiklik layihəsinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov səsləndirib.
O qeyd edib ki, cari ilin beş ayı ərzində 39,6 milyard manatlıq, o cümlədən qeyri-neft-qaz sektorunda 19,5 milyard manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal olunub:
"Əvvəlki ilin eyni dövrü ilə müqayisədə ÜDM 7,2 faiz, qeyri-neft sektoru üzrə isə ÜDM 11,4 faiz artıb".
Murad Əhmədov, Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
11:39 / 22.06.2022
"Azərbaycan iqtisadiyyatı sürətlə bərpa olunur" - Maliyyə naziri
Hazırda oxunan: "Azərbaycan iqtisadiyyatı sürətlə bərpa olunur" - Maliyyə naziri
Hazırda oxunan: "Azərbaycan iqtisadiyyatı sürətlə bərpa olunur" - Maliyyə naziri
80407
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.