Hesablama Palatası qeyri-büdcə sektoru üzrə sosial sığorta gəlirlərinin növbəti aylarda da artım tempinin dayanıqlı olması ilə bu istiqamətdə gəlirlərin artıqlamasıyla icra olunacağı qənaətindədir.
Qurum hesab edir ki, bu, İlk 5 ay üzrə qeyri-dövlət sektorunda orta aylıq nominal əmək haqqında əsaslı artımların olması, yeni yaradılmış iş yerlərinin 90%-nin bu sektorun payına düşməsi, qeyri-neft sektoru üzrə ÜDM-in əhəmiyyətli artımla proqnozlaşdırılmasının nəticəsidir.
Bizim.Media xəbər verir ki, bu, Hesablama Palatasının “Dövlət sosial müdafiə fondunun 2022-ci il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsinə verdiyi rəydə əksini tapıb.
MÖVZU İLƏ BAĞLI:
Sığorta bazarı hansı dəyişikliklərə möhtacdır?
Belə ki, təqdim edilmiş izahata əsasən, cari ilin başa çatmış ilk 5 ayında qeyri-büdcə sektoru üzrə daxil olmuş məcburi dövlət sosial sığorta haqqı 1160,4 mln. manat olub ki, bu da 965,08 mln. manat həddində təsdiq edilmiş proqnoz göstəricisindən 195,31 mln. manat çoxdur.
Apa.az-ın məlumatına görə, qanun layihəsində cari il üzrə qeyri-büdcə sektorundan daxil olacaq sosial sığorta haqqının 227,4 mln. manat (9,3%) artırılaraq 2666,2 mln. manat həddində proqnozlaşdırılması təklif edilir.
Dövlət Vergi Xidmətindən Hesablama Palatasına təqdim edilmiş hesabat məlumatlara əsasən, 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə cari ilin I rübündə fiziki şəxs kimi qeydə alınmış aktiv vergi ödəyicilərinin sayı 4678 nəfər artaraq 111426 nəfər olub.
Bizim.Media