"Ötən ildən verilən qərara əsasən qarşımızda qoyduğumuz ən böyük vəzifə ondan ibarətdir ki, “Azercell” artıq mobil operator deyil, fintex kimi daha irəli getməlidir".
Bizim.Media xəbər verir ki, bu barədə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev bildirib.
R.Nəbiyevin sözlərinə görə, rəqəmsallaşma və innovasiyalarla bağlı bir sıra qanunların olmaması innovativ layihələrin icra edilməsinə mane olmur:
“Artıq “Azercell” şirkətin “Paşa Bank”la ortaq məhsulu var. İlkin istifadəsi də daxildə başlanılıb. Anonsunu da verim ki, yaxın zamanlarda cəmiyyət üçün açıqlanacaq. Bu layihə məhz Taleh Kazımov ilə [“Paşa Bank”ın İdarə Heyətinin keçmiş sədri - Mərkəzi Bankın İdarə Heyətinin sədri] işlənilib.
MÖVZU İLƏ BAĞLI:
Azərbaycanın “bir nömrəli” operatoru Azercell rəqiblərindən niyə geridə qalır?
“Azercell” ilə “Paşa Bank”ın birgə layihəsi onun nəzarəti altında icra edildiyi üçün məsələdən kifayət qədər agahdır və problemləri artıq kimdənsə eşitmədən bilir söhbət nədən gedir. Çünki özü aktiv rejimdə çalışıb. Onunla bağlı kifayət qədər ümidlərimiz var ki, proseslər mütərəqqi gedəcək.
Amma problem ondadır ki, yenə də qanunvericilik innovativ layihələrin icrasına mane olmur. Burada sadəcə məhsulun özü çıxmalıdır.
Biz nə qədər gözləsək ki, İT-də, innovasiyada qanunvericilik məhsuldan qabaqda gedəcək, yəqin, bu yanaşmanın özü səhvdir. Hər zaman qanun onun arxasınca gedəcək və ona uyğunlaşmağa çalışacaq”.
Bizim.Media