DSMF-nin büdcəsinin gəlirləri və xərcləri artdı

Hazırda oxunan: DSMF-nin büdcəsinin gəlirləri və xərcləri artdı

79768

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) 2022-ci il büdcəsinin gəlirləri 5 606 269 569,0 manat, xərcləri 5 606 269 569,0 manat məbləğində təsdiq ediləcək.

Bizim.Media xəbər verir ki, bu, “Dövlət Sosial Müdafiə Fondunun 2022-ci il büdcəsi haqqında” qanuna təklif edilən dəyişikliklərdə əksini tapıb.
 

MÖVZU İLƏ BAĞLI:

DSMF-nin ehtiyat maliyyə mənbəyi açıqlandı


Layihəyə əsasən, Dövlət Sosial Müdafiə Fondunun 2022-ci il büdcəsinin gəlirləri olaraq müəyyən edilmiş göstərici 299 499 497,0 manat artırılaraq 5 306 770 072,0 manatdan 5 606 269 569,0 manata, Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin balanslılığı prinsipi gözlənilməklə onun büdcəsinin xərcləri isə eyni həcmdə artırılmaqla 5 306 770 072,0 manatdan 5 606 269 569,0 manata çatdırılması təklif edilir.

Bundan əvvəl Dövlət Sosial Müdafiə Fondunun 2022-ci il büdcəsinin gəlirləri 5 306 770 072,0 manat, xərcləri 5 306 770 072,0 manat məbləğində təsdiq edilmişdi.

Beləliklə, Dövlət Sosial Müdafiə Fondunun gəlir və xərcləri 5,6 faiz artırılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin