“Biznes mühiti sahəsində ölkədə həyata keçirilən işlər, həmçinin sahibkarların ölkə iqtisadiyyatına verdiyi töhfənin nəticəsi olaraq son 18 ildə Azərbaycan iqtisadiyyatı 3,4 dəfə böyüyüb”.
Bizim.Media xəbər verir ki, bunu Azərbaycan iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov "Partners and Business" Baku 2022 - yerli şirkətlərin tanıtım sərgisinin açılış mərasimində deyib.
“Ölkə üzrə fəaliyyət göstərən sahibaklıq subyektlərinin 99 %-i KOB subyektləridir, bu, kiçik və orta sahibkarlığın ölkədə böyük potensiala malik olduğunu göstərir.
2022-ci ilin göstəricilərinə görə, ölkədə indiyənə qədər qeydiyyata alınmış hüquqi sahibkarların sayı 170 mindən çox , fərdi sahibkarların sayı isə 940 təşkil edib . Bu rəqəmlər sahibaklıq sahəsində inkişafın əsas göstəriciləridir" – deyə o bildirib.
Nazir müavini deyib ki, KOB subyektlərinin dəstəklənməsi, onların inkişafı, maraqların müdafiəsi sahəsində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin gördüyü işlər xüsusi qeyd edilməlidir:
“Bu işlərin getdikcə miqyası, keyfiyyəti və əhatə dairəsi artır. Ötən dövrdə qeyd edilən istiqamətlər üzrə bir sıra sistemli dəstək tədbirləri həyata keçirilib. Bunların sırasında daxili bazar araşdırmaların dəstəklənməsi, innovativ proqramlar üzrə qrantların verilməsi , sahibakların bilik və bacarıqlarının artırılması kimi işləri qeyd edə bilərik".
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
13:00 / 16.06.2022
Azərbaycan iqtisadiyyatı 3,4 dəfə böyüyüb - Nazir müavini
Hazırda oxunan: Azərbaycan iqtisadiyyatı 3,4 dəfə böyüyüb - Nazir müavini
Hazırda oxunan: Azərbaycan iqtisadiyyatı 3,4 dəfə böyüyüb - Nazir müavini
79518
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.