Çərşənbə günü İsveçin IKEA şirkəti Rusiyadakı fabrikləri satacağını, ofislərini bağlayacağını və təxminən 28 min işçini ixtisar edəcəyi ilə bağlı məlumat yayıb.
Bizim.Media xəbər verir ki, şirkət yaxın gələcəkdə də Rusiyada satışları bərpa etmək imkanının olmadığını bildirib.
Nəticədə brendin sahibi İnter IKEA şirkəti, ona məxsus olan dörd fabrik üçün alıcı axtarmağa başlayacağını, Moskva və Minskdəki iki satınalma və logistika departamentini həmişəlik bağlayacağını elan edib.
Bununla belə, dünyanın ən böyük ticarət mərkəzi sahiblərindən biri olan Ingka şirkəti Rusiyada MEGA brendi altında 14 ticarət mərkəzini açıq saxlamağı nəzərdə tutur. Şirkət bununla insanların geyim, ərzaq və apteklər də daxil olmaqla zəruri əşyalara çıxışını daim təmin etmək istədiyini bildirib.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
08:43 / 16.06.2022
İsveçin IKEA şirkəti Rusiyadakı fabrik və ofislərini bağlayacaq
Hazırda oxunan: İsveçin IKEA şirkəti Rusiyadakı fabrik və ofislərini bağlayacaq
Hazırda oxunan: İsveçin IKEA şirkəti Rusiyadakı fabrik və ofislərini bağlayacaq
79456
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.