“Zəngəzur dəhlizini formalaşdıran Horadiz-Ağbənd avtomobil yolunun 35 %-inin, dəmiryolunun isə 50 %-nin inşası yekunlaşıb”.
Bizim.Media xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov deyib.
Nazir müavini əlavə edib ki, Azərbaycanın Qərb regionları ilə Naxçıvanı birləşdirəcək dəmiryolu xəttinin inşası üzrə danışıqlar hazırda davam edir:
“Uzun illər işğal altında olan torpaqlar azad olunduqdan dərhal sonra ölkə başçısının qərarlarına əsasən regionda böyük bərpa, quruculuq işlərinə start verilib. Bu layihələrdən ən çox əhəmiyyət verilənlərdən biri də məhz Zəngəzur dəhlizini formalaşdıran Horadiz-Ağbənd avtomobil yolu və ona paralel olaraq inşa olunan dəmir yolu xəttidir.
Hazırda Horadiz-Ağbənd avtomobil yolu üzrə inşaat işləri sürətlə davam edir. Fiziki tamamlanma işləri hazırda 35 %-in üzərinə qalxıb və işlərin 2024-cü ilin birinci yarısında başa çatdırılması planlaşdırılır".
R.Hümmətov bildirib ki, avtomobil yoluna paralel olaraq inşa olunan dəmiryolunun ümumi uzunluğu 110,4 km təşkil etməklə 2023-cü ilin sonunadək başa çatdırılması planlaşdırılır: "Belə ki, yol üzrə artıq 50 % işlər tam icra olunub.
Bildiyimiz kimi, bu Azərbaycan ərazisində Zəngəzur dəhlizinin formalaşdırılması üzrə əsas, ana arteriyanı təşkil edir.
Ancaq bununla bərabər 10 noyabr 2020-ci il tarixli liderlər bəyanatına uyğun olaraq Azərbaycanın Qərb regionları ilə Naxçıvanı birləşdirəcək dəmiryolu xəttinin inşası üzrə danışıqlar hazırda davam edir və ümid edirik ki, yaxın vaxtlarda bu da öz müsbət nəticəsini verəcək və inşasına başlanacaq. Beləliklə, Zəngəzur dəhlizi tamamən tamamlanmış olacaq”.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
16:26 / 13.06.2022
Zəngəzur dəhlizinin tikintisi bu tarixdə başa çatdırılacaq - RƏSMİ
Hazırda oxunan: Zəngəzur dəhlizinin tikintisi bu tarixdə başa çatdırılacaq - RƏSMİ
Hazırda oxunan: Zəngəzur dəhlizinin tikintisi bu tarixdə başa çatdırılacaq - RƏSMİ
79058
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.