“Şahdəniz”dən hasil edilən qazın həcmi AÇIQLANDI  

Hazırda oxunan: “Şahdəniz”dən hasil edilən qazın həcmi AÇIQLANDI  

78638

Xəzərin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) neft-qaz yataqları bloku istismara veriləndən 1 iyun 2022- ci il tarixinədək 195,9 mlrd. kubmetrə yaxın qaz hasil edilib. 

Energetika Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, “Şahdəniz” qaz-kondensat yatağı istismara veriləndən 01 iyun 2022- ci il tarixinədək 168 mlrd. kubmetrdən çox qaz hasil olunub. 

“Bu dövrdə “Şahdəniz” yatağından hasil edilən qazın 116 mlrd. kubmetrdən çox həcmi ixraca nəql edilib”, - məlumatda qeyd olunub. 

Qeyd olunur ki, cari ilin 5 ayı ərzində ölkədə 19,6 mlrd. kubmetr təbii qaz hasil edilib.  

Qazın 5,8 mlrd. kubmetri AÇG-dən, 10,6 mlrd. kubmetri “Şahdəniz”dən, 3,2 mlrd. kubmetri SOCAR üzrə hasil olunub. Ötən ilin müvafiq dövrünə nisbətən 15,3%, yəni 2,6 mlrd. kubmetr artımla qaz hasil edilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin