Ölkədə ərzaq məhsulları 18 faiz bahalaşıb

Hazırda oxunan: Ölkədə ərzaq məhsulları 18 faiz bahalaşıb

78625

2022-ci ilin yanvar-may aylarında istehlak qiymətləri indeksi ötən ilin müvafiq dövrünə nisbətən 12,6 faiz artıb.  

Bizim.Media xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin rəsmi hesabatında məlumat verilib. 

Qeyd olunub ki, ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə artım 17,9 faiz, qeyri-ərzaq məhsulları üzrə 6,6 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 10,2 faiz təşkil edib. Bu ilin may ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 0,7 faiz, əvvəlki ilin may ayına nisbətən 13,7 faiz təşkil edib.   

2022-ci ilin may ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 1 faiz, əvvəlki ilin may ayına nisbətən 20,2 faiz artıb.  

Açıqlamada qeyd olunub ki, cari ilin may ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox bahalaşma makaron məmulatlarının, vaflinin, peçenyenin, manna yarmasının, unun, toyuq ətinin, kolbasa məmulatlarının, balıq konservlərinin, xamanın, qatılaşdırılmış şəkərli südün, pendirin, kərə və bitki yağlarının, almanın, armudun, limonun, çuğundurun, yerkökünün, kartofun, şəkər və şəkər tozunun, konfetlərin, qəhvə və kakao tozunun, mineral suların, meyvə şirəsinin, limonadın, pivənin, arağın, ucuzlaşma isə əsasən yumurtanın, bananın, çiyələyin, xiyarın, pomidorun, kələmin, soğanın, sarımsağın, göy lobyanın qiymətlərində müşahidə olunub.  

Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.  

2022-ci ilin may ayında qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 0,7 faiz, əvvəlki ilin may ayına nisbətən 7,1 faiz təşkil edib.  

Cari ilin may ayında əvvəlki ayla müqayisədə qeyri-ərzaq məhsullarından daha çox bahalaşma inşaat materiallarının, parçaların, geyim və ayaqqabıların, mebellərin, məişət cihazlarının, minik avtomobilləri üçün ehtiyat hissələrinin, toz şəklində sintetik yuyuсu vasitələrin, sabunların və diş pastalarının qiymətlərində müşahidə olunmuşdur.  

Digər qeyri-ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib. 2022-ci ilin may ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 0,5 faiz, əvvəlki ilin may ayına nisbətən 10,3 faiz təşkil artıb. 
Bu ilin may ayında əvvəlki ayla müqayisədə əhaliyə göstərilmiş ödənişli xidmətlərdən daha çox bahalaşma paltarların, ayaqqabıların, minik avtomobillərinin və mənzillərin təmiri, ictimai iaşə, bərbərxana və kosmetoloji xidmətlərin qiymətlərində, ucuzlaşma isə hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin qiymətlərində müşahidə olunub.  

Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.   

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin