Fiziki şəxslərə qiymətli kağızlarla bağlı vergi güzəştləri uzadıldı

Hazırda oxunan: Fiziki şəxslərə qiymətli kağızlarla bağlı vergi güzəştləri uzadıldı

78480

Gələn il fevralın 1-dən 5 il müddətində yalnız kütləvi təklif edilmiş və tənzimlənən bazarda ticarətə buraxılmış səhmlər və istiqrazlar üzrə müvafiq olaraq ödənilən dividend, diskont və faiz gəlirləri vergidən azad edilib.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı (AMB) məlyumat yayıb.

Bildirilir ki, bu güzəştin məqsədi qiymətli kağızların kütləvi təklif üsulu ilə fond birjasında yerləşdirilməsinin stimullaşdırılması və tənzimlənən bazarda ticarət edilən qiymətli kağızlara marağın artırılmasıdır.

Qeyd edək ki, AMB kapital bazarının inkişafına dair strateji planda müəyyən edilmiş hədəflərin icrası, o cümlədən qiymətli kağızların kütləvi təklifinin və fond birjasında listinqin stimullaşdırılması üzrə davamlı tədbirlər həyata keçirilir. Növbəti tədbir kimi qiymətli kağızlar bazarında əlverişli vergi mühitinin formalaşdırılması məqsədilə müvafiq dövlət qurumlarının iştirakı ilə Vergi Məcəlləsinə bir sıra dəyişikliklər edilib.

Digər dəyişiklik istiqrazlar üzrə ödənilən diskont və faiz gəlirlərindən verginin hesablanması qaydasının qabaqcıl beynəlxalq təcrübəyə uyğunlaşdırılması və əsas meyar kimi istiqraz mülkiyyətiçisinin həmin istiqraza malik olduğu günlərin sayının nəzərə alınmasıdır.
Bu dəyişiklik istiqrazlar üzrə diskont və faiz gəlirlərindən formalaşan vergi yükünü optimallaşdırmaqla investorların kapital bazarında fəal iştirakını və investor bazasının genişləndirilməsini stimullaşdıracaqdır. Eyni zamanda hüquqi şəxslər tərəfindən istiqrazlar üzrə əldə edilən faiz gəlirlərinin ödəmə mənbəyində deyil, ümumi mənfəətdə bəyan edilməsi və ödənilməsi müəyyən edilib.

Beləliklə, yerləşdirilən investisiya qiymətli kağızlarına görə emitent tərəfindən fiziki şəxlərə ödənilən dividendlərdən 10 % vergi tutulmur.

Qeyd edək ki, bu güzəştlər 2016-cı il fevralın 1-dən tətbiq olunur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin