Bu qurum ləğv olundu – RƏSMİ AÇIQLAMA

Hazırda oxunan: Bu qurum ləğv olundu – RƏSMİ AÇIQLAMA

78332

"Bakı Banklararsı Valyuta Birjası" QTSC ləğv olunduğunu elan edib.

Bizim.Media xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetində məlumat dərc edilib.

Məlumatda deyilir ki, kreditorlar tələblərini 2 ay ərzində Bakı şəhəri, Nəsimi rayonu, R.Rza küçəsi, ev 75, mənzil Winter Plaza, otaq 304 ünvanına bildirə bilərlər.

Qeyd edək ki, Bakı Banklararası Valyuta Birjası vasitəsilə banklar arasında valyuta əqdlərinin bağlanması 2015-ci ilin iyun ayında dayandırılıb. Bu səbəbdən banklar arasında bu proses açıq bazar seqmentində həyata keçirilirdi.

Xatırlafaq ki, Bakı Banklararsı Valyuta Birjası 1993-cü ildə yaradılıb. Onun qanuni təmsilçisi isə Fərhad Fikrət oğlu Əmirbəyovdur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin