Samir Əliyev: "Bank sektoru bu dəfə əhalinin hesabına xilas oldu"

Hazırda oxunan: Samir Əliyev: "Bank sektoru bu dəfə əhalinin hesabına xilas oldu"

78170
"Ancaq gələn dəfə əhali də kömək edə bilməyəcək"

“Konstitusiya Məhkəməsinin qərarı gözlənilən idi. Qərar hüquqi olsa da, iqtisadi mahiyyət daşıyırdı”x9d. 

Moderator.az  xəbər verir ki, İqtisadçı ekspert Samir Əliyev Konstitusiya Məhkəməsinin dollar kreditləri ilə bağlı çıxardığı qərara münasibət bildirərkən belə deyib.

Ekspert qeyd edib ki, iqtisadi amillər hüquqi qərara təsir göstərdi: “Məqsəd hazırda təhlükə altında olan bank sektorunu qorumaq idi. Çünki bank sektorunun çökməsi ümumilikdə ölkə iqtisadiyyatını çökdürə bilərdi. Və bunun zərəri əhali üçün indikindən dəfələrlə çox olardı”x9d. 

S.Əliyevin sözlərinə görə, ancaq bank sektorunun problemi bununla həll olunmayacaq: “Hazırda bankların qarşısında daha çətin problemlər durur. Bank sektoru bu dəfə əhalinin hesabına xilas oldu. Ancaq gələn dəfə əhali də kömək edə bilməyəcək. Mərkəzi Bankın timsalında hökumət dəstək verməsə, vəziyyət ağır olacaq. Dəstək mütləq vacibdir”x9d.

Qeyd edək ki, Konstitusiya Məhkəməsi dollar kreditləri ilə bağlı mühüm məsələdə bankların tərəfini tutaraq qərar verib. Qərara görə, vətəndaşlar dollarla götürülən kredit borcunu devalvasiyadan sonrakı nisbətlə ödəməlidir






musavat.com
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin