Bakıda 3,8 milyon manatlıq abadlıq işləri aparılacaq – TENDERİN QALİBLƏRİ açıqlandı

Hazırda oxunan: Bakıda 3,8 milyon manatlıq abadlıq işləri aparılacaq – TENDERİN QALİBLƏRİ açıqlandı

78070

Bakı Şəhər İcra Hakimiyyətinə məxsus "Bakı Şəhər Əsaslı Tikinti və Təmir" MMC paytaxtda məhəllədaxili yollarda və səkilərdə asfalt örtüyünün təmirinin, eləcə də dövlət mənzil fonduna aid binaların təmiri üzrə layihə-smeta sənədlərinin hazırlanmasının, inzibati binasının əsaslı təmir-bərpa işlərinin davam etdirilməsinin satınalınması ilə bağlı elan etdiyi 3 açıq tenderə yekun vurub.

Bizim.Media dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderlərin qalibi "Xezer-Construction", "Creat Company" MMC-lər və "Cronos" Mənzil-Tikinti Kooperatividir.

Qalib şirkətlərə müvafiq olaraq 2 milyon 510,7 min manat, 285,6 min manat və 980,9 min manat, ümumilikdə isə 3 milyon 777,2 min manat ödəniləcək

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin