Azərbaycan "Qarabağ" brendli balını dünyaya çıxarır

Hazırda oxunan: Azərbaycan "Qarabağ" brendli balını dünyaya çıxarır

78043

Bu il azad edilmiş ərazilərdə və digər rayonlarda istehsal edilmiş balın “Qarabağ” brendi adı altında ixracı nəzərdə tutulur.

Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Arıçılar Assosiasiyasının sədri Bədrəddin Həsrətov deyib.

B.Həsrətovun sözlərinə görə, bu il başlayandan işğaldan azad olunan torpaqlarda təxminən 20 min arı ailəsi yerləşdirilib.

Trend-ə açıqlama verən B.Həsrətov deyib ki, arı ailələrinin yerləşdirilməsi davam edir:

"Proqnozlarımıza görə, azad olunmuş torpaqlarda 30 min arı ailəsi yerləşdiriləcək.

İşğaldan azad edilən torpaqlarımızda arıçılığın inkişafı üçün münbit şərait var. Bu yerlərdə arıçılıq sürətlə inkişaf edəcək.Biz tezliklə işğaldan azad olunan torpaqların hesabına daxili bal tələbatımızı ödəməklə yanaşı xaricə də bal ixrac edəcəyik.

Bu ilin üçüncü rübündən sonra, azad edilmiş ərazilərdə və digər rayonlarımızda istehsal edilmiş balın “Qarabağ” brendi adı altında ixracı nəzərdə tutulur. Bu istiqamətdə işlər gedir".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin