Azərbaycan neftinin qiyməti 127 dolları ötdü

Hazırda oxunan: Azərbaycan neftinin qiyməti 127 dolları ötdü

78025

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,2 ABŞ dolları, yaxud 0,95 % artaraq 127,13 ABŞ dolları təşkil edib.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı neft bazarındakı mənbə yayıb.

Dünya bazarında Rusiya neftinə qarşı nəzərdə tutulan sanksiyalarla bağlı qərar “qara qızıl”ın qiymətindəki artımı sürətləndirib.

Hərraclarda “Brent” markalı neftin avqust fyüçersləri 119,51 ABŞ dollardan satılıb.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dolları götürülüb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin