BP - Bakı-Tbilisi-Supsadan istifadəni iyunun axırına qədər bağlı saxlayacaq  

Hazırda oxunan: BP - Bakı-Tbilisi-Supsadan istifadəni iyunun axırına qədər bağlı saxlayacaq  

77919

“Azərbaycanın əsas neft istehsalçısı BP Qara dənizdə neft daşıyan tankerlərin təhlükəsizliyi ilə bağlı narahatlıqlar səbəbindən Gürcüstanın Qara dəniz sahilində işlətdiyi neft kəmərini iyun ayı üçün bağlayıb”.

Bu barədə Bizim.Media-nın sorğusuna cavab olaraq BP Azərbaycan şirkətinin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. 

Bildirilib ki, Bakı-Tbilisi-Supsa boru kəmərinin bağlanmasını müvəqqəti xarakter daşıyır. Şirkət həmçinin təsdiqləyib ki, boru kəməri əvvəllər martın 15-dən aprelin sonuna kimi uzun müddətə, sonra isə bütün may ayı ərzində bağlanıb.
Boru kəmərinin yenidən nə vaxt açılacağı barədə isə dəqiq məlumat hələ ki, yoxdur.

Şirkət bu vaxt ərzində Supsaya gedəcək xam neft ixracının Bakı-Tbilisi-Ceyhan (BTC) neft boru kəməri vasitəsilə Türkiyənin Aralıq dənizi sahilinə başqa marşrutla yönləndiriləcəyini bildirib.

Tehran, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin