Elektrik sayğacları ilə bağlı bu müraciətlər elektronlaşdırılır - FOTO

Hazırda oxunan: Elektrik sayğacları ilə bağlı bu müraciətlər elektronlaşdırılır - FOTO

77899

"Yaxın günlərdə “Azərişıq” ASC-nin elektrik sayğaclarının zədələnmələri ilə bağlı müraciətlərin qəbulu xidməti elektron hökumət portalına yerləşdiriləcək". 

Bizim.Media xəbər verir ki, bu barədə jurnalistlərə aşıqlamasında ASC-nin İKT departamentinin rəhbəri Qalib Həmidov deyib.

O bildirib ki, bu, adı çox hallanan xidmətdir: 

“Abonentlərdən bununla bağlı daha çox müraciətlər daxil olur. Sayğaclarda müəyyən qusurlar var ki, bu ya abonentlər tərəfindən müdaxilələrdən yaranan qusurlar, yaxud da sayğacların texniki qüsurlarından ola bilər.  

Abonent bizim quruma sayğac zədələnməsi araşdırma xidmətinə müraciət edir.

Mütəxəssislərimiz yerində sayğaca baxış keçirərək onun testlərini aparırlar. Əgər sayğac enerjini düzgün qeydə almırsa, o sayğac dərhal çıxarılır və yenisi ilə əvəz olunur”, - deyə Qalib Həmidov qeyd edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin