“DəmirBank”x9d dan elektron arayışla kredit əldə etmək artıq mümkündür

Hazırda oxunan: “DəmirBank”x9d dan elektron arayışla kredit əldə etmək artıq mümkündür

77708
xa0“DəmirBank”x9d “Elektron Hökümət”x9d portalı ilə əməkdaşlığa başlamaqla kredit rəsmiləşdirilməsini daha da asanlaşdırıb. Artıq müştərilər elektron arayışdan istifadə etməklə daha rahat şəkildə kredit əldə edə bilərlər. Belə ki, müştəri yalnız şəxsiyyət vəsiqəsilə banka yaxınlaşaraq iş yerindən arayışı və həmçinin kreditin sənədləşdirilməsi üçün digər zəruri arayışları bankda quraşdırılmış xüsusi kompyuterlər vasitəsilə formalaşdıra bilər. Müştəri eyni zamanda xa0www.e-gov.az elektron hökumət portalına daxil olaraq "Vətəndaşa aid fərdi məlumatlar üzrə elektron arayışın verilməsi" xidməti vasitəsilə də xa0elektron arayışı formalaşdıra və banka göndərə bilər. Elektron portala daxil olmaq üçün elektron imza sertifikatı, ASAN imza və ya kod parollardan istifadə etmək olar. Kod parolu almaq üçün vətəndaş elektron portalda online qeydiyyat xidmətindən istifadə edə bilər. Kod parolları həmçinin Bakı şəhərində və rayon mərkəzlərində bütün poçt şöbələrində ödənişsiz olaraq əldə etmək mümkündür.
Qeyd edək ki, göndərilən arayışlar “Elektron hökümət”x9d tərəfindən onlayn qaydada imzalanır.
Ölkənin ilk kommersiya banklarından olan “DəmirBank”x9d 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan “Avropa Yenidənqurma və İnkişaf Bankı”x9d və “Hollandiya İnkişaf Maliyyə Şirkəti”x9d (FMO) daxildir. “DəmirBank”x9d həmçinin Fitch Ratings Beynəlxalq qiymətləndirmə agentliyindən “stabil”x9d proqnozlu “B”x9d reytinqinə, Planet Ratings agentliyindən isə “pozitiv”x9d proqnozlu “B”x9d reytinqinə malikdir.

Bankla əlaqə saxlamaq üçün:
Məlumat Mərkəzi : xa0(012) 149xa0

xa0//www.demirbank.az/?/az/
www.facebook.com/demirbank.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin