Bu ilin yanvar-may aylarında Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) “Şahdəniz” qaz-kondensat yatağından (qaz və kondensatın satışından) əldə etdiyi gəlirləri 526 537 min ABŞ dolları təşkil edib ki, bu da illik müqayisədə 8,5 dəfə çoxdur.
ARDNF-dən Bizim.Media-ya verilən məlumata görə, Fondun "Şahdəniz" yatağı üzrə kondensatın satışından əldə olunan gəlirləri (01.01.2022-01.06.2022 tarixinə) 144 522 min dollar olub, bu da 2,5 dəfə artım deməkdir.
Qeyd edək ki, "Şahdəniz" yatağı üzrə pay bölgüsü haqqında saziş 1996-cı ildə imzalanıb və ratifikasiya edilib.
Layihədə BP (operator – 29,99%), LUKOIL (19,99%), TPAO (19%), SOCAR (14,35%), NICO (10%) və SGC (6,67%) şirkətləri iştirak edir.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
19:12 / 03.06.2022
Azərbaycanın \"Şahdəniz\"dən gəlirləri artdı
Hazırda oxunan: Azərbaycanın \"Şahdəniz\"dən gəlirləri artdı
Hazırda oxunan: Azərbaycanın \"Şahdəniz\"dən gəlirləri artdı
77601
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.