“Pandemiyadan sonra Bakı Enerji Forumu (Baku Energy Form) çox geniş miqyasda keçirilir və böyük marağa səbəb olub. “Baku Energy Form”u daha öncə tanınan Xəzər Neft və Qaz Konfransının xələfidir. Bu ildən etibarən “Baku Energy Form”u adlanır”.
Bu fikirləri Bizim.Media-ya açıqlaması zamanı “Baku Energy Form”unun layihə rəhbəri Aynur Nəzərli səsləndirib. O bildirib ki, Foruma 500-dən artıq şirkət qatılıb:
“Sərgidə biz neft, qaz və energetika sahəsində yeni məhsulların nümayişi daha çox göstərilir. Bakı Enerji Forumu isə əsasən şirkət rəhbərlərinin görüşü üçün platformadır.
Artıq bu Azərbaycanda 27 ildir ki, keçirilir. Tədbirin hər il keçirilməsi bunu sübudt edir ki, Azərbaycana böyük maraq var. Bu il foruma qatılan yüksək vəzifəli dövlət məmurlarının sayı da çoxdur.
Bunlar arasında Macarıstanın baş nazirinin müavini, Serbiyanın naziri və digər ölkələrdən nazirlər qatılıblar. Həmçinin Beynəlxalq Enerji Forumun baş katibi, qaz ixrac edən ölkələr forumunun baş katibi və s. siyahını davam etdirmək olar. Biz bununla fəxr edirik.
Forum çərçivəsində bir neçə əhəmiyyətli sözləşmələr, ölkələr arası, şirkətlər arası mühüm görüşlər baş tutur və sazişlər imzalanır”, - deyə A.Nəzərli əlavə edib.
Tehran, Bizim.Media