Ləğv edilən banklardan ipoteka krediti götürənlərin aqibəti necə olacaq? – QƏRAR açıqlandı  

Hazırda oxunan: Ləğv edilən banklardan ipoteka krediti götürənlərin aqibəti necə olacaq? – QƏRAR açıqlandı  

77507

Fərhad Abdullayevin sədrliyi ilə Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib. 

Bizim.Media xəbər verir ki, iclasda Nazirlər Kabinetinin sorğusu əsasında “Banklar haqqında” Qanununun 71-ci, 81-ci və 82-ci maddələrinə dair konstitusiya işinə baxılıb. 

Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə mülahizə və iş materiallarını araşdırıb müzakirə edərək, qərar qəbul edib. 

Qərarda deyilir ki, Konstitusiyanın 29-cu maddəsi baxımından fiziki və ya hüquqi şəxslər tərəfindən ləğv prosesində olan kommersiya bankına kredit borcu ləğvedici Əmanətlərin Sığortalanması Fonduna ödənildiyi təqdirdə, həmin şəxslərin əmlakı üzərində Mərkəzi Bankın ipoteka hüququna xitam verilməsi və əmlaka mülkiyyət hüququnun məhdudlaşdırılmasının aradan qaldırılması ilə bağlı gözləntiləri əsaslı hesab edilməlidir. 

Bu gözləntilərin reallaşdırılmasının təmin edilməsi üçün Əmanətlərin Sığortalanması Fondu və Mərkəzi Bankı tərəfindən zəruri tədbirlər qısa müddətdə həyata keçirilsin. 

Fiziki və ya hüquqi şəxslər kommersiya bankına olan kredit borcunu bankın ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ödədiyi təqdirdə, həmin vəsaitlər Fondun “Banklar haqqında” Qanununun 71-ci maddəsində nəzərdə tutulan vəzifələrinin yerinə yetirilməsi üçün istifadə olunmalı, ipoteka hüququna xitam verilməsi isə Mərkəzi Bankın funksionallığına xələl gətirməməlidir. 

Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin