22 milyon ton taxıl limanlarda qalıb – Kiyevdən həyəcan SİQNALI

Hazırda oxunan: 22 milyon ton taxıl limanlarda qalıb – Kiyevdən həyəcan SİQNALI

77383

“Rusiyanın blokadası nəticəsində Ukrayna indi kənd təsərrüfatı məhsullarını dəniz yolu ilə ixrac etmək imkanını itirib və nəticədə təxminən 22 milyon ton taxıl limanlarda qalıb. Xüsusilə Afrika və Asiyadakı istehlakçılara taxılın çatdırılması mümkün deyil. Alternativ quru yolları problemi tam həll etməyəcək, çünki onların ötürmə qabiliyyəti aşağıdır”.

Bizim.Media xəbər verir ki, bunu Ukraynanın Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Oleq Nikolenko deyib.

Onun sözlərinə görə, Rusiya ordusu dəniz ərazilərini minalayıb, Odessa və Qara dənizdəki digər sahil şəhərlərinin müdafiəsini yarmağa çalışır.
Ukrayna XİN-in sözçüsü əlavə edib ki, onun ölkəsi qlobal ərzaq böhranının qarşısını almaq üçün Qara və Azov dənizlərində marşrutları açmaq yollarını axtarmağa sadiqdir: 

“Rusiyanın Ukraynaya təcavüzündən ərzaq təhlükəsizliyi ən çox zərər çəkə biləcək ölkələri Moskva ilə təmaslarından istifadə edərək, onu Ukrayna dəniz limanlarının blokadasını qaldırmağa və müharibəyə son qoymağa məcbur etməyə çağırırıq”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin