Azərbaycan neftinin qiyməti mayda 15% artıb

Hazırda oxunan: Azərbaycan neftinin qiyməti mayda 15% artıb

77126

Bu ilin may ayının nəticələrinə əsasən, dünya bazarında "Azeri Light" (CIF) markalı neftin 1 barelinin orta qiyməti 119,07 ABŞ dollarına bərabər olub.

Bizim.Media xəbər verir ki, bu, 2021-ci ilin may ayının eyni göstəricisi ilə müqayisədə 50,72 dollar və ya 74,2% çoxdur.

Cari ilin aprel ayı ilə müqayisədə isə bu ilin mayında Azərbaycan neftinin 1 barelinin orta qiyməti 10,51 dollar (və ya 9,7%) artıb.

Ay ərzində ən yüksək göstərici (mayın – 30-u) 127,48 dollar təşkil edib, ən minimal göstərici isə (mayın – 10-u) 108,77 dollar səviyyəsində olub. Mayda Azərbaycan neftinin qiyməti 16,78 dollar və ya 15,1% artıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin