İcbari Tibbi Sığorta xəstələrin seçim hüququnu nəyə görə pozur? – Yeni ALVER MEXANİZMİ

Hazırda oxunan: İcbari Tibbi Sığorta xəstələrin seçim hüququnu nəyə görə pozur? – Yeni ALVER MEXANİZMİ

76949

Ötən il ölkəmizin bütün bölgələrində icbari tibbi sığortanın tətbiqi başa çatdı. 

Amma qısa müddətdə ortaya xeyli problemlər çıxmış oldu. Ən başlıcası isə sığortaçının öz müayinə və müalicəsi ilə bağlı seçim imkanının olmamasıdır. Yəni, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi sığortaçının seçim hüququnu tanımır.

Məsələn, hər hansı rayon Mərkəzi Xəstəxanası istədiyi özəl tibb müəssiəsi ilə müqavilə bağlayır və öz xəstələrinə ancaq bu müəssisəyə göndəriş verir. Xəstənin istədiyi və ya güvəndiyi həkimə getməsi imkanı əlindən alınır.

Məsələ ilə bağlı Bizim.Media-ya danışan Agentliyin ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Sevil Əliyeva bildirdi ki, mövcud qaydalara görə sığortaçı özünün müalicəsi və müayinəsi üçün ilk növbədə yaşadığı ərazi üzrə Dövlət Agentliyinin tabeçiliyində olan tibb müəssisəsinə müraciət etməlidir:
 

MÖVZU İLƏ BAĞLI:

Əlillərə pulsuz dərman verən tibb müəssisələrinin SİYAHISI


“Ciddi xəstəlik aşkarlanarsa sığortaçı müraciət etdiyi dövlət xəstəxanasında və yaxud xəstəliyə uyğun digər dövlət müəssisəsində müalicə olunmaq hüququna malikdir. Sığortaçı yalnız o zaman digər özəl və dövlət müəssisəsinə yönləndirilir ki, yerli xəstəxanada o xəstəliyin müalicəsi mümkün deyil”.

Təbii ki, Agentliyin müəyyən etdiyi bu qayda sığortaçının hüquqlarını pozur. Çünki, sığortaçı pul ödəyir ki, keyfiyyətli və ürəyincə olan tibbi xidmət alsın. Amma Agentliyin müəyyən etdiyi qayda sığortaçıya seçim imkanı vermir. Üstəlik, belə qaydalar səhiyyə sistemmində azad rəqabətə əngəl törədir. 

Eyni zamanda bu proses müəyyən tanışlıq və rüşvət əsasında qurulur. Yəni özəl xəstəxanalar regionla bölmələrlə əlaqə yaradır və müəyyən maraqlar müqabilində müqavilələr bağlanılır. Yəni, göndərilən hər xəstəyə görə, qeyri-leqal geri ödənişlər həyata keçirilir. 

Məsələyə münasibət bildirən hüquqşünas Əsabəli Mustafayev də o fikirdədir ki, bu qanun pozuntusudur:

“Ağentliyin bu tələbi qanunsuzdur. Belə bir tələb hüquqi məsuliyyət yaradır. Sığortaçı Dövlət Agentliyinin tabeçiliyində olan istənilən xəstəxanada və yaxud Agentliklə müqaviləsi olan 57 özəl tibb müəssisəsinin hər hansı birində müalicə almaq hüququna malikdir. Bütün hallarda sığortaçının seçim hüququ tanınmalıdır”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin