Əhalinin DİQQƏTİNƏ: Bu tarixdən dollara tələbat artacaq

Hazırda oxunan: Əhalinin DİQQƏTİNƏ: Bu tarixdən dollara tələbat artacaq

76823

Mərkəzi Bankın məlumatına görə 2022-ci ilin aprel ayında banklar əhaliyə mart ayı ilə müqayisədə 37% az, 164.16 milyon nağd ABŞ dolları satıblar. Əvəzində isə banklar əhalidən 167.8 milyon nağd dolları alıblar. Bu da öncəki ayla müqayisədə 67% artım deməkdir.

Məsələ ilə bağlı Bizim.Media-ya açıqlama verən iqtisadçı-ekspert Natiq Cəfərli bildirib ki, “Əhalinin “sandıqdakı dollar”ları bazara çıxarmasının bir səbəbi qiymət artımıdır.
 

MÖVZU İLƏ BAĞLI:

Bu tarixdən ərzaq fəlakəti başlayacaq - “The Economist” nəşrindən XƏBƏRDARLIQ 


Digər səbəbi isə ənənəvi olaraq mart-aprel aylarında əhalinin oturaq həyat tərzi keçirməsidir. Yəni bu aylarda xaricə səfər edənlərin sayı azalır. Ona görə də yaz aylarında əhalinin dollara olan tələbatı bir qayda olaraq azalır”.

İqtisadçı-ekspert dollara tələbətın azalmasında Ukrayna-Rusiya münaqişəsinin də müəyyən rol oynadığını bildirib. Çünki, məlum səbəblərdən Ukrayna ilə ticari əlaqələrimiz xeyli azalıb.

Natiq Cəfərli sonda bildirdi ki, may-iyun aylarında da əhalinin dollara olan tələbatında dinamika gözlənilmir. Yalnız iyul ayından başlayaraq dollara tələbat artacaq. Bu da yeni dərs ilinə, yeni mövsümə və istirahətə gedənlərin hazırlığı ilə əlaqədardır.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin