“ƏDV geri al” layihəsi ləğv edilməlidir – Ekspert DETALLARI AÇIQLADI

Hazırda oxunan: “ƏDV geri al” layihəsi ləğv edilməlidir – Ekspert DETALLARI AÇIQLADI

76792

“Nəğd ödənişlər üçün “ƏDV geri al” layihəsi ləğv edilməlidir. Əvəzində kartla ödəniş üzrə nəzərdə tutulan faiz nisbəti 15-dən 25 faizə qaldırılmalıdır”.  

Bunu Bizim.Media-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli artıq 3 ildən çoxdur davam edən “ƏDV geri al” layihəsində hansı dəyişikliklərə ehtiyac olduğu barədə danışarkən deyib:
 

MÖVZU İLƏ BAĞLI:

ƏDV ödənişləri üzrə “Vahid elektron lövhə” yaradıldı


“Nəğd ödənişlərə görə ƏDV-nin geri alınmasının məntiqi anlaşılan deyil. “ƏDV geri al” kampaniyasının əsas məqsədi ticarətin leqallaşdırılmasıdır. Bu isə qeyri-nəğd ödənişlərin artmasına xidmət etməli idi. 

Ona görə də düşünürəm ki, bu layihədə nəğd alış üzrə həyata keçirilən ödənişlər ləğv edilməli, kartla ƏDV-nin geri alınması isə 15 faizdən 25 faizə qaldırılmalıdır. Bu daha doğru yanaşma olardı. Belə bir addımın atılması stimullaşmanı artıracaq. İnsanlar daha çox nəğdsiz ödənişlərə üstünlük verəcək. Bu da öz növbəsində ölkədə ticarətin leqallaşmasına səbəb olacaq”. 

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin