Türkiyə və Azərbaycan birgə texnopark yaradacaq – Türkiyəli nazir müavini

Hazırda oxunan: Türkiyə və Azərbaycan birgə texnopark yaradacaq – Türkiyəli nazir müavini

76742

Türkiyə və Azərbaycan birgə texnopark yaradacaq.

Bizim.Media xəbər verir ki, bu barədə Türkiyənin sənaye və texnologiya nazirinin müavini Mehmet Fatih Kacır bildirib.

"Ümid edirəm ki, bu, növbəti TEKNOFEST-də bu qurulacaq. Birlikdə bir çox yeni layihələr həyata keçirəcəyik", - nazir müavini deyib.

"2018-ci ildə hiss etdiyimiz həyəcanı və ruh yüksəkliyini bu gün Bakıda da hiss edirik. "TEKNOFEST Azərbaycan"ın son günündəyik, bu gün xeyli sayda iştirakçı var. Bugünkü iştirakla biz "TEKNOFEST Azərbaycan"ı 300 mindən çox ziyarətçi ilə tamamlayacağıq. Bu yerlər üçün rekord hadisə olacaq".

O, qeyd edib ki, Azərbaycan və Türkiyə texnologiya sahəsində əməkdaşlıq edəcək.

Nazir müavini bütün həmsöhbətləri ilə innovasiya və texnologiya yönümlü işbirliklərini gücləndirməyin vacibliyini bildirib:

"Kosmos sahəsində tamamilə yeni əməkdaşlıqlar haqqında danışdıq, onların infrastrukturunu hazırladıq. Türkiyə və Azərbaycan texnologiya startaplarının faydalana biləcəyi müştərək müəssisə kapitalı fondları yaradacağıq. Birlikdə bir çox yeni layihələr həyata keçirəcəyik”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin