“Ərzaq təhlükəsizliyi ilə bağlı müvafiq proqramlaşdırma işi gedir”.
Bizim.Media xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova deyib.
Sevinc Həsənova bildirib ki, bu inflyasiya ilə əlaqədar xüsusi proqramdır:
“Nazirlər Kabineti tərəfindən fevral ayında antiinflyasiya tədbirləri ilə bağlı sərəncam imzalanıb. Burada bəzi məsələlər artıq öz həllini tapır. Kredit faizləri ilə bağlı məsələlər bu qəbildəndir. Bank sektoru iqtisadi inkişafa öz təsirini göstərməlidir. Dövlət kreditlərin aşağı faizlərlə verilməsi üçün müdaxilə edəcək.
Bununla əlaqədar yeni mexanizm tətbiqi ilə bağlı təkliflər vermişik və təkliflər artıq təsdiq olunub. Kənd təsərrüfatı ilə məşğul olan şirkətlərə kredit verilməsinə dövlət dəstək olacaq. Güman edirik ki, bu bizim antiinflyasiya tədbirlərinə öz töhfəsini verəcək”.
Nazir müavini qeyd edib ki, ərzaq məhsulları idxal edənlərə subsidiyalarla güzəştli kreditlərin verilməsi mexanizmləri hazırlanır.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
14:56 / 25.05.2022
Bank kreditlərinin faizi aşağı salınacaq – MEXANİZM HAZIRLANIR
Hazırda oxunan: Bank kreditlərinin faizi aşağı salınacaq – MEXANİZM HAZIRLANIR
Hazırda oxunan: Bank kreditlərinin faizi aşağı salınacaq – MEXANİZM HAZIRLANIR
76130
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.