“Azərbaycan Dəmir Yolları” və AZAL bu nazirliyin tabeliyinə VERİLİR? – “Dövlətin üzərindən yük götürüləcək”

Hazırda oxunan: “Azərbaycan Dəmir Yolları” və AZAL bu nazirliyin tabeliyinə VERİLİR? – “Dövlətin üzərindən yük götürüləcək”

76100

Xəbər verildiyi kimi Cavid Qurbanov  “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilərək Rəqəmsal İnkişaf və Nəqliyyat nazirinin müavini vəziəsini icra edəcək. 

Ekspertlərin fikrincə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti və “Azərbaycan Hava Yolları” QSC (AZAL) Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyinə verilə bilər. 

İqtisadçı-ekspert Natiq Cəfərli Bizim.Media-ya açıqlamasında bildirib ki,  bu ən az ehtimal olunan məsələdir:
 

MÖVZU İLƏ BAĞLI:

Prezident Cavid Qurbanovu vəzifəsindən AZAD ETDİ - SƏRƏNCAM


“Çünki hər iki qurumda yeni idaretmə formasının tətbiq olunması və özəlləşməyə açılması mümkündür. Hesab edirəm ki, bunu, xarici investorların cəlb olunması ilə etmək olar. Bu haqda uzun müddətdir ki, söhbətlər gedirdir. Nəticə etibarilə xarici investorların da Azərbaycanda bu sahəyə marağı var. Növbəti addımda idarəetmənin təkmilləşdirilməsi, həmin qurumların əsl səhmdar cəmiyyətinə çevrilməsi, səhmlərinin bir qisminin açıq satışa çıxarılaraq, özəlləşdirmənin həyata keçirilməsi mümkündür. Bu zaman dövlətin üzərindən də ağır yük götürüləcək”.

Ekspertin sözlərinə görə həm AZAL-da, həm də “Azərbaycan Dəmir Yolları”da idarəetmədə ciddi problemlər var: 

“Hər iki qurum ziyanla işləyib və idarəetmənin təkmilləşdirilməsi çərçivəsində ola bilsin ki, əsl səhmdar cəmiyyətə çevrilsinlər. Mənə elə gəlir ki, bu yol daha məntiqli görünür və idarəetmənin təkmilləşdirilməsi yolu ilə effektiv fəaliyyətin təsdiqi mümkün ola bilər. Sözügedən qurumlar qapalı deyil açıq səhmdar cəmiyyətinə çevrilə bilər və səhmlərinin bir hissəsi marağı olan xarici investorlar tərəfindən alına bilər. Xarici investorlar həm də yatırımda və idarəetmənin müasirləşməsində maraqlı ola bilərlər.
 

Ümumiyyətlə isə bu sahələrin yavaş-yavaş özəlləşdirilməsinə ehtiyac var. Çünki dövlət üzərinə çox böyük yük götürüb.  Dövlət qurumlarının idarəetməsi də açıq desək, yaxşı deyil, ziyanla işləyir və vətəndaşların narazılığı bitmir”.


Natiq Cəfərli onu da əlavə edib ki, qeyd olunan qurumlar özəl fəaliyyət göstərərsə və rəqabət formalaşarsa, bu qiymətlərə də müsbət təsir edəcək:

“Vətəndaşların narazı olduğu qiymət siyasəti dəyişə bilər. Keyfiyyət yüksələr, qiymət isə ucuzlaşar”. 

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin